Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sağlam uşağa "qolu sınıb" deyərək gips qoydular - VİDEO

  • 2017.09.26 10:22
  • 15766 Baxış
Sağlam uşağa "qolu sınıb" deyərək gips qoydular -  VİDEO
Ağsuda sağlam uşağa qolun sınması diaqnozu qoyulub.

 

Meidicina.az xəbər verir ki, Hadisə Ağsuda baş verib. Sentyabrın 21-də rayonun Elabad kənd sakini, 1 yaş 5 aylıq Sevinc Sarılının qolunda ağrı yaranıb. Valideynləri də uşağı müayinə etdirmək üçün Ağsu rayon Mərkəzi Xəstəxanasına aparıblar. Orada xəstəxananın həkimi Fazil Əzizovla rastlaşıblar. Həkim uşağın azyaşlının qolunun sındığını bildirib. Lakin evə gələndən sonra azyaşlının ağrıları daha da artıb. 

 

Müəyyən şübhələrlə üzləşən valideynlər Sevinci Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına apararaq yenidən müayinə etdiriblər. Orada uşağın qolunun sınmadığı deyilib. Üstəlik də gipsin düz qoyulmadığı bildirilib. Gipsi açdıqda isə görüblər ki, uşağın qoluna xeyli zərər dəyib.

 

Məsələ ilə bağlı mövqe öyrənmək üçün xəzər xəbər əməkdaşları Ağsu Rayon Mərkəzi Xəstəxanasına baş çəkiblər. Xəstəxanadan bildirilib ki, uşağın qolunu gipsə salan Fazil Əzizov Bakıda imtahandadır. Onun özü ilə əlaqə saxlanılıb. Əvvəlcə müsahibə verməyə razılaşsa da, bir neçə dəqiqə sonra telefonunu söndürüb. Xəstəxana rəhbərliyinin məsələyə münasibəti isə çəkiliş qrupunu məhkəməyə verməklə hədələmək olub.