Bir müddətdir ki, səhhətində ciddi problemlər yaranan şair Salam Sarvan keçirdiyi ağır əməliyatdan sonra bu gün xəstəxanadan evə buraxılıb.
Bu barədə Bakupost.az -a şair özü bildirib.
O qeyd edib ki, bundan sonra da müalicələrini davam edəcək:
“Bu gün xəstəxandan evə buraxıldım. Əslində səhhətimlə əlaqədar dörd dəfə cərrahi müdaxilə olunub. Üçü laparoskopik oldu. Əsas 4-cü əməliyyat di. 11 saat çəkən əməliyyat oldu.
Həkimlər deyir ki, yaralar sağalsın, bir az bərpa olun. Kəsdikləri yeri isə əkilməyə veriblər. Nəticəni aldıqdan sonra kimya müalicəsinə başlayacaqlar”.