Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sağlam olmaq istəyirsiniz? - Səhər soyuq duş alın...

  • 2019.04.12 09:13
  • 10065 Baxış
Sağlam olmaq istəyirsiniz? -  Səhər soyuq duş alın...

İsti və ilıq bir duş almaq insanı nə qədər rahatlatsa, üşüməsini aradan qaldırsa da, soyuq duş almağın orqanizmə daha çox faydaları var. İlk əvvəl bu çətin olsa da bədən tədricən öyrəşir. 


Medicina.az sizə soyuq duşun faydalarını açıqlayır:  


İnsanın psixikasını yaxşılaşdırır


Stressinizi aradan qaldırmaq istəsəniz yaxşısı budur soyuq bir duş alın. Bu sizin əsəblərinizi sakitləşdirəcək və ruh düşkünlüyünüzü aradan qaldıracaq. Səbəbi soyuq suyun depressiya ilə mübarizə edən norepinefrin hormonunu əmələ gətirən beyində yerləşən mavi nöqtəsinə təsir etməsidir. 


Dərinizə və saçınıza müsbət təsir edəcək


Çox isti su ilə çimmək saçların pH balansını pozur. Əsasən də quru dərinin daha da qurumasına səbəb olur. Bu vəziyyət saç dərisinə də aiddir.  Onlar daha çox yağlanır və kəpəklənir. Ancaq soyuq su, saç folikullarını və məsamələri bağlayır. Bunun sayəsində saçlarınız parlayacaq və daha gec kirlənəcək. 


Daha sürətlə arıqlayacaqsınız 


Soyuq su həm də orqanizmdə toplanan toksinlərin çıxarılmasına səbəb olur. Bundan əlavə dərinin məsamələrindən zərərli maddələri və piyi xaric edərək çəki atmağınıza səbəb olacaq. 


Konsentrasiyanı artırır


Soyuq su ilə duş aldıqda vücudunuzdakı bütün hüceyrələr oksigenlə zənginləşir. Bu səbəbdən də insanın konsantrasiyası artır. 


Qrip v soyuqdəyməyə qarşı daha davamlı olacaqsı


Soyuq su ilə çimmək immuniteti artırır. Bu səbəbdən də orqanzimin viruslara qarşı müqaviməti artır və qripə yoluxma azalır. 


Arzu

Medicina.az