Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şakira təcili xəstəxanaya yerləşdirildi

  • 2025.02.17 15:13
  • 501 Baxış
Şakira təcili xəstəxanaya yerləşdirildi


Peruda 48 yaşlı müğənni Şakira xəstəxanaya yerləşdirilib və bu səbəbdən bazar gününə planlaşdırılan konsertini ləğv etməli olub.


“Medicina” xəbər verir ki, müğənni mədə problemlərinə görə dəhşətli ağrılarla üzləşib.

“Dünən gecə təcili yardım otağına getməli oldum. İndi xəstəxanadayam. Həkimlər mənim vəziyyətimdə konsert verə biləcəyimi düşünmürlər”.


O, Peruda konsertini mütləq edəcəyini bildirib.

Bu konsert müğənninin son on ildə bu şəhərdə ilk konserti idi. Şakiranın Limada növbəti konserti bazar ertəsinə planlaşdırılıb.


Aygün Musayeva