Krallıqdan imtina etməsi ilə gündəmə gələn Şahzadə Harri neçə illərdir psixoloq yanına seanslara getdiyini açıqlayıb.
Medicina.az xəbər verir ki, anası şahzadə Diananın ölümündən sarsıldığı andan onun psixoloji durumu pozulub və anasını itirdikdən sonra psixoloq müalicələrinə gedib.
Son 3 ildə də mən psixoloq dəstəyinə ehtiyac duymuşam, hələ də uşaqlıq travmalarım üzərində işləyib onların reabilitasiyası ilə məşğulam.
Hersoq krallıq imtiyazlarından imtina etməsinin bir səbəbini də uşaqlıqda yaşadıqları ilə əlaqələndirib:
“Mənim əsas məqsədim ailəmi qorumaq və onlarla olmaqdır. Mən istəmirəm ki, oğlum Arçi mənim yaşadıqlarımı təkrarlasın”