Ramazan ayının gəlişi ilə sahur və iftar süfrələrini bəzəyəcək qidalarla bağlı çoxlu məsləhətlər verilir. Mütəxəssislər xüsusilə sahurda istehlak edilən qidaları diqqətli seçməyi tövsiyə edirlər.
Medicina.az xəbər verir ki, sahurda 2 dilim ananas yeməyin orucluqda baş verə biləcək sağlamlıq problemlərinin qarşısını aldığı bildirilir.
Sağlamlıq üçün sahurda yediklərinizin qida dəyəri baxımından zəngin olması vacibdir. Sahur üçün tövsiyə edilən qidalar arasında olan ananas tərkibindəki antioksidantlarla bir çox sağlamlıq promleminin həllidir.
- Ananasın tərkibində yüksək miqdarda kalsium və A vitamini var.
- Lif baxımından da çox zəngin olan ananas, həzmə təsirinə görə fərqlənən tropik meyvələr arasındadır. Oruc tutarkən həzm problemi yaşamaq istəməyənlər ananas yeməlidirlər.
- Ananas Ramazanda asan arıqlamağa və çəkini qorumağa kömək edir.
- Yağların yandırılmasını sürətləndirir və sağlam qidaların bədənə udulmasını dəstəkləyir.
- Mütəxəssislər bildirirlər ki, sahurda C vitamini ilə zəngin olan ananasdan cəmi iki dilim istehlak edilməsi orqanizmin viruslara qarşı daha davamlı olmasını dəstəkləyir.
- Ananas xüsusilə aclıq və susuzluqdan yaranan ağız qoxusuna qarşı təsirlidir. Bundan əlavə, ağızda infeksiyanı azaldır.
- Ananas həm də təzyiqi tarazlaşdıraraq, yüksək təzyiq riskini aradan qaldırır.
Aysel