Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sahura qalxmasaq nə olar?

  • 2025.03.15 10:00
  • 96 Baxış
Sahura qalxmasaq nə olar?

Oruc tutan şəxs mütləq sahura qalxmalıdır. İftara yüngül yeməklə başlamaq və 10-15 dəqiqə sonra az yağlı ət yeməyi, tərəvəz yeməyi və ya salatla davam etmək lazımdır. Qan şəkərini tez yüksəldən ağ çörək və düyü plovu yerinə bulqur düyü və tam buğda çörəyi yeyilməlidir.

Medicina.az xəbər verir ki, Ramazan ayında sağlamlığı qorumaq üçün sahura lazımi diqqət yetirmək və gündəlik yeməklərə fikir vermək xüsusi əhəmiyyət kəsb edir.



LİFLİ QİDALARA ÜSTÜN VERİN

Yağlı ət yeməyi, tərəvəz yeməyi və ya salatla davam etmək məqsədəuyğundur. Enerji verən, lakin qan şəkərini sürətlə artıran ağ çörək və düyü plovu kimi yüksək glisemik indeksli qidaların yerinə bulqur plovu, tam buğda çörəyi və ya tam buğdalı makaron kimi lifli qidalara üstünlük verilməlidir.

Oruc tutanların sağlamlıqlarını qorumaq üçün sahura qalxmaları vacibdir. Əgər oruc tutan şəxs sahura qalxmasa, orucluq müddəti uzanar. Bu müddət səhhətində ciddi problemlər yarada bilər.



İftar: Səhər yeməyində pendir, pomidor, zeytun kimi yeməklərlə və ya şorba kimi yüngül yeməklərlə başlamalı, 10-15 dəqiqədən sonra az yağlı ət yeməyi, tərəvəz yeməyi və ya salatla davam etməlisiniz.

Qəlyanaltılar: Qəlyanaltı olaraq təzə və qurudulmuş meyvələrə, qoz, fındıq, badam, süd, qatıq, ayran, kefir, çörək çubuqları, tam buğda çörəyi və ağ pendirlə hazırlanmış tostlara üstünlük verilə bilər.

Sahur: Süd, pendir, yumurta, zeytun, pomidor, xiyar, göyərti və tam taxıl çörəyindən ibarət səhər yeməyi çox sağlam bir seçimdir. Aclığı gecikdirən lobya, noxud, mərcimək və bulqur plov kimi yeməklərə də üstünlük vermək olar.

DUZ VƏ ŞƏKƏRiN MİQDARI ƏHƏMİYYƏTLİDİR

Şəkər və duz miqdarınq fikir vermək lazımdır. Sağlam bir yetkinin gündə duz miqdarı 6 qramdır ki, bu da bir çay qaşığına bərabərdir. Ramazan ayında həddindən artıq duz miqdarına diqqət yetirilməli və duz ölçülü şəkildə istifadə edilməlidir. Eynilə, şərbətli desertlər yerinə südlü və ya meyvəli desertlərin seçilməsi də sağlamlığın qorunması baxımından əhəmiyyətlidir".

Aygün
Medicina.az

Sahura qalxmasaq nə olar?