Azərbaycanda sahibsiz heyvanların sağlamlığına nəzarət mexanizmi yaradılacaq.
Medicina.az xəbər verir ki, bu, "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Proqramda qeyd olunub ki, Qida Təhlükəsizliyi Agentliyi ilə yanaşı, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları nəzarət mexanizmi yaratma prosesini 2020-ci ilə qədər həyata keçirəcək.