Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

yoxsa…- Bir-birini ittiham edən tərəflər, ortada bədbəxt olan uşaqlarSahə həkimləri savadsızdır,

  • 2017.11.28 15:09
  • 3288 Baxış
yoxsa…- Bir-birini ittiham edən tərəflər, ortada bədbəxt olan uşaqlar Sahə həkimləri savadsızdır,
Körpə doğulduqdan sonra qeydiyyat üzrə müvafiq poliklinikanın sahə həkimi uşağın vəziyyəti ilə maraqlanır. Daha sonra müəyyən müddətdən bir onu müayinə edərək göstərişlər verir.


Son zamanlar isə sahə həkimlərinin səriştəsizliyi ilə bağlı şikayətlərin ardı-arası kəsilmir. 


Medicina.az-ın əməkdaşı sahə həkimləri ilə bağlı ümumi bir rəy əldə etmək üçün valideynlər arasında sorğu keçirib. Respondentlərin əksəriyyəti sahə həkimlərinin savadsızlığından, uşaq ilə maraqlanmamasından, səhv diaqnozlar qoymasından şikayətçi olublar.


13 saylı poliklinikanın sahə həkimi Hədiyyə Rzayeva məsələ ilə bağlı Medicina.az-a danışıb. O, həmkarları haqqında səsləndirilən fikirlərlə razı olmadığını deyib və günahın valideynlərdə olduğunu bildirib:

 

"Əvvəlcə sahə həkimini pisləyənin savadına və intellektinə baxmaq lazımdır. Poliklinikalarda da çox savadlı, heç də özəl klinikalarda işləyənlərdən geri qalmayan həkimlərimiz var. Sadəcə olaraq analarımız poliklinika və stasionar müalicə və müayinənin nə olduğunu bilmirlər. Sahə həkiminin müalicə etmək kimi səlahiyyəti yoxdur, onların iş prinsipi profilaktika və ilkin xəstəliyin aşkarlanmasıdır. Əgər ana 10 gün diareya şikayəti ilə övladını poliklinikaya gətirmirsə və sahə həkimi onu məcburən stasionara göndərirsə, bu heç də həmin həkimin savadsız olmağına dəlalət etmir. Sadəcə onun bu cür səhlənkar ananın övladına ev şəraitində müalicə yazmağa ixtiyarı yoxdur. Lakin buna valideynlərin savadı çatmır, "sahə həkimi müalicə yazmadı” kimi qəbul edirlər.

Mən də bütün həkimlərin savadlı olduğunu demirəm, bütün sahələrdə olduğu kimi…”


Stasionar həkimlərin də sahə həkimlərinə dırnaqarası baxdığını qeyd edən H. Rzayeva, onların xəstələr arasında da səhv agitasiya apardıqlarından şikayətlənib:

 

"Poliklinikanın əsas iş prinsipi peyvəndlərdir. Ancaq çox ağıllı stasionar həkimlər əsassız olaraq peyvəndə əks göstərişlər təyin edirlər”.


Bəs pediatrlar bu məsələyə necə yanaşır?


Medicina.az-a açıqlama verən pediatr Xəyalə Quliyeva bu sahədə kifayət qədər boşluğun olduğunu bildirib:


"Sahə həkimləri illər öncə işə götürülmüşlərdir. Düzdür, yeni kadrlar da var. Amma ən çox yanlışı məhz yaşlı nəsil edir. Problem budur ki, onlar müasir tibbi izləmirlər. Kursa çağırılsalar da, kursu keçib, dinləsələr də yenə də öz bildikləri kimi davam edirlər. Yəni yenilikləri deyil, əvvəl öyrəndiklərini tətbiq edirlər”.


Mütəxəssis sahə həkimlərinin uşaqlara qoyduqları səhv xəstəlik diaqnozlardan da danışıb:


"Bir çox sahə həkimi yeni doğulmuş körpədə xorultu-xırıltı eşidən kimi adını timomeqaliya qoyub endokrinoloqa yönləndirir. Orada da usaq rentgenoloji müayinələrdən keçir. Təsdiqlənir ki, timus vəzi böyükdür. Yanlış müalicələr təyin edilir. Bununla da artıq uşağın peyvənddən imtina kağızı hazır olur. Halbuki bu uşaqda olan problem sadəcə anadangəlmə stridordur və xüsusi müalicə tələb etmir. Müalicə sadəcə uşağın gün ərzində ən azı 2 saat havaya çıxarılmasıdır və bu problem peyvənd edilməsi üçün əks göstəriş deyil. 


Basqa bir problem: uşaqda bir az ağızətrafı göyərmə-sianoz olan kimi dərhal hipoksiya damğası yapışdırılır. 


Əmgək bir qədər böyük olan kimi kəllədaxili təzyiq diaqnozu qoyulur. Halbuki belə bir diaqnoz artıq yoxdur, bu sadəcə bizə sovet dövrü tibbindən qalan və beyinlərdən silinməsi çox çətin olan hədiyyədir. 


Təəssüf ki, yalançı diaqnozlar da baş alıb gedir. Sahə həkimləri yersiz dərmanlar yazırlar. Uşağın qızdırması olan kimi analiz aparmadan antibiotik müalicələrə başlayırlar. Ehtiyac olmadan kalsium preparatı yazılır. Halbuki bunu yazmaq üçün göstəriş olmalıdır. Sahə həkimləri mövzusunda yanlışlar çoxdur. Necə mübarizə aparaq, bilmirəm. Həkim olaraq əlimizdən gələni edirik”.


Pediatr müasir tibbi izləyən, tibbi konfranslarda iştirak edən savadlı poliklinika həkimlərinin də olduğunu qeyd edib.

 

Şəhanə Quliyeva
yoxsa…- Bir-birini ittiham edən tərəflər, ortada bədbəxt olan uşaqlar Sahə həkimləri savadsızdır,