Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şah plovunun hazırlanma qaydası - RESEPT

  • 2019.04.18 10:37
  • 21000 Baxış
Şah plovunun hazırlanma qaydası -  RESEPT

Süfrəmizin bəzəyi olan yeməklərdən biri də məhz şah plovdur. 


Medicina.az ləziz şah povunun ən ideal reseptini və hazırlanma qaydasını təqdim edir. 


Ərzaqlar


4 stəkan uzun düyü

1 kq aaynadılmış sümüksüz qoyun əti

500 qr qabığı çıxarılmış şabalıd

3 ədəd orta boy soğan

4 xörək qaşığı əridilmiş kərə yağı

1 stəkan kişmiş

10 ədəd ərik qurusu

10 ədəd alça turşusu 

 Sarıkök və ya zəfəran

 Limon duzu

Duz, istiot


Plovun qazmağı üçün


2 stəkan un

50 qram kərə yağı

2 yumurta

1 xörək qaşığı xama

Bir çimdik duz


Hazırlanma qaydası


Şabalıdı təmizləyib yağ, duz əlavə edib, tavada qovururuq. Digər bir  qabda incə-incə doğranmış soğanı yağda qovurub, qızılı rəng alana kimi qarışdırırıq. Daha sonra əvvəlcədən qaynadılmış əti də başqa tavada qovururuq. Üzərinə limon duzu, istiot səpirik. Daha sonra ətin rəngi dəyişənə kimi soğanla birgə qarışdırırıq. Kişmiş və qayısını da əridilmiş kərə yağında bir neçə dəqiq qovururuq. Daha sonra bütün hazırlanan qara birləşdirilib qarışdırılır. 


Qazmağın hazırlanması üçün isə un və yağı ovuşdururuq. Üzərinə xama, duz və yumurtanı əlavə edirik. 5 dəqiqəyə yaxın yaxşıca qarışdırırıq. Daha sonra yumuşaq normada olana kimi yoğrulur. Balaca və biraz ondan böyük olmaqla iki hissəyə bölünür. Böyük kündəni yuxadan az qalınlıqda yayırıq. Sobaya yerləşəcək boyda qazan götürülür. Əvvəlcə onun içi yaxşıca yağlanır. Sonra yayılmış yuxa qazanın içinə yerləşdirilir.


Plovun bişirilməsi üçün uzunsov düyü və dibi qalın qazan seçilməlidir. Yeməyi bişirməzdən 2-3 saat əvvəl düyü duzlu suda saxlanılır. Zəfəranı  isə üzərinə bir stəkan su əlavə edib, 1-2 saat gözləyin. Qazanda su bərk-bərk qaynadıqdan sonra yuyulmuş düyü əlavə edilir. Qaba düyü tökülən kimi qarışdırılmalıdır ki, yapışmasın. Düyü tam bişməmiş halda süzülür, qazana biraz düyü əlavə edilir, üzərinə dəmlənmiş zəfəran səpilir. Üzərinə şabalıd əlavə edilir. Növbəti qatda düyü əlavə edilib, üstünə əti tökürük. Növbəti dəfə isə aralara qovurulan turşuları düzürük. Yenə düyü tökülür, üzərinə qovrulmuş kişmiş və qayışı əlavə edilir. Yenə üzəri düyü ilə ötrülür, üstündən yağ tökülüb kiçik yuxa ilə üstü örtülür. Astaca xəmirlər bir-birinə bərkidilir. Qazanın ağzı tənziflə örtülür və qapağı bağlanır. 180-200 dərəcədə əvvəlcədən qızdırılmış sobaya dəm almağa qoyuruq. Hər tərəfi qızardıqdan sonra sobadan çıxardırıq. Süfəyə vermək üçün üstündən kəsilir. Plovu istəsəniz tək nəfərlik balaca qablarda da hazırlaya bilərsiniz. 


Nuş olsun!