Beyin bədənin mərkəzi idarəetmə vahididir, xatirələrin və duyğuların saxlandığı yerdir. Tarix boyu filosoflar beynin insanın əsas mahiyyətini, yəni ruhu ehtiva etdiyinə inanırdılar.
Medicina.az xəbər verir ki insanın sinir sisteminin əsas orqanı olan beyin, bədənin fəaliyyətinin çox hissəsini idarə edir və alınan məlumatları həm daxildə, həm də xaricdə emal edir. Həm də yaddaş və qərar qəbulu, duyğular və idrak qabiliyyətləri, o cümlədən uzun və qısa müddətli düşüncələrin mərkəzidir.
İnsan beynində dünyadakı bütün canlıların beynindən daha çox sayda neyron, elektro və kimyəvi siqnallar mövcuddur.Bunun sayəsində xüsusi hüceyrələr məlumatları beynimizdə saxlama və ötürmə funkisyasına sahibdir.
Beynin funksiyası nədir?
İnsan beyni onurğa beyni ilə mərkəzi sinir sistemini təşkil edir. Beyinyumşaq toxumalardan ibarətdir.Onun üç əsas hissəsi var, bunlar aşağıdakılardır.
1.Beyin sapı- Bu beyni onurğa ilə birləşdirən uzanan hissəsidir
2.Beynin arxasında yerləşən və hərəkəti nizamlayan, motor bacarıqları öyrənən və müvazinəti qoruyan, dərində yerləşən serebellum
3.Beyin korteksi- bu beynin ən böyük hissəsidir və kəllənin çoxunu əhatə edir. Bu hissə şüurlu düşünmə, qərar qəbul etmə, yaddaş və öyrənmə prosesləri, xarici və daxili stimullara qarşı ünsiyyət və qavrayışdan məsul olan digər kiçik quruluşları özündə ehtiva edir.
Beyin gücünün nə qədəri istifadəcedilir?
Uzun müddətdir edilən iddalara görə, tipik olaraq insanlar beyin gücünün yalnız 10%-ni istifadə edir. Digər 90%-nin necə istifadə edilməsini öyrənmək fərqli bacarıqların ortaya çıxmasına səbəb olur.İnsanın beyin gücündən nə qədər istifadə etməsi haqqında müxtəlif fikirlər olsa da, bu haqda elmə tam məlum olan bilgi yoxdur.
Yaşlandıqca beyin necə dəyişir?
Yaşlandıqca beynin bir hissəsi təbii olaraq daralmağa başlayır və neyronlar yavaş-yavaş itirilir. Neyronlar yaşlandıqdan sonra itirilməyə başlasalar da, yeni araşdırmalar, yaşlanma zamanı beyinlərin də yeni hüceyrələr meydana gətirə biləcəyini göstərir. Amma yaranan bu hüceyrələr yeni bir şey öyrənmək və ya iş prosesi zamanı əvvəlki kimi effekt vermir.
İngiltərəli tədqiqatçı Sandrine Thuret, yetişkin insanların beyninin də yeni hüceyrələr yaradan vacib bir hissəsinin olduğunu açıqlayıb. Onun sözlərinə görə yaşlı insan beyni gündə ortalama 700 hüceyrə yarada bilir.