Yaponiya alimləri elan edib ki, uzun müddət smartfona baxan uşaq və yeniyetmələrin, eləcə də gənclərin gözlərində çəpgözlük yaranır və görmənin ikiləşməsinə meyillik olur.
Medicina.az xəbər verir ki, bir neçə yapon tibbi təşkilatı 370 oftalmoloq arasında sorğu apararaq, çəpgözlülüklə müraciət etmiş pasiyentlərin tibbi məlumatlarını incələmişlər. Həkimlərin 60% -i bildirib ki, gənc nəsildə çəpgözlüyün əsas səbəblərindən biri də smartfon və qadjetlərdən çox istifadə etməkdir. Müalicə ərəfəsində xəstələrə smartfondan istifadə qadağan olunduqda müalicə effekt verib.
Həkimlər etiraf edib ki, `10 il əvvələ kimi çəpgözlülük çox nadir hallarda rast gəlinirdi və daha çox anadangəlmə olurdu, indi isə texnologiyanın inkişafı ilə bu diaqnoz çoxalıb.
Buna misal kimi 17 yaşlı məktəblini göstəriblər. O, 12 ay ərzində hər gün smartfonda fasiləsiz 5-7 saat vaxt keçirmişdi. Bir dəfə qız sinifdə divarda iki saat görür. Görməsində problem olduğunu anlayan qız həkimə gedir və ona görmənin ikiləşməsi diaqnozu qoyulur. Həkimlər ona smartfondan tamamilə imtinanı məsləhət görüb, gözü isə əməliyyatdan sonra düzəldi.