Tərəvəzlərdən kotlet – Ətsiz Resept

  • 2019.05.13 17:18
  • 16891 Baxış
Tərəvəzlərdən kotlet –  Ətsiz Resept
Bu kotletlər ət olmayanda və ya sadəcə tərəvəzlərlə faydalı yemək hazırlamaq istəyəndə köməyinizə yetəcək.


Medicina.az dadlı, yumşaq və yalnız tərəvəzlərdən ibarət kotleti təqdim edir.


Ərzaqlar:


Kartof – 1 kq

Gül kələmi – 0,5 kq

Kök – 1 ədəd

Baş soğan -1 ədəd

Yumurta -2 ədəd

Suxarı – 5 x.q

Duz, istiot

Bitki yağı – 20 ml


Hazırlanması


Gül kələm suda bişirilib, gülləri ayrılır. 

Tavada bitki yağında xırda doğranmış və köklə birlikdə gül kələm qovrulur. 

Kartof suda bişirilir, ondan püre hazırlanır.


Püre ilə gül kələm qovurması qarışdırılır, bura yumurtalar və suxarı əlavə olunur, duz-istiot səpilir. 

Alınmış kütlədən kotlet formaları verilib, suxarıya batırılır.


Qızdırılmış tavada qızarana kimi ikitərəfli bişirilir.

Süfrəyə xama və ya mayonez ilə verilir.