Şizofreniya xəstələri bu tərəvəzi yesin – Yeni kəşf

  • 2019.11.26 16:01
  • 6138 Baxış
Şizofreniya xəstələri bu tərəvəzi yesin –  Yeni kəşf
Şizofreniya xəstəliyi olanlar və ya genetik olaraq bu risk qrupuna daxil olanlar, özündə gizli şizofreniya əlamətləri hiss edən insanlar brokkoli kələmini çox yesinlər.


Medicina.az xəbər verir ki, Hopkins Universitetinin alimləri sübut ediblər ki, brokkolidə olan bir maddə şizofreniya ilə  mübarizə aparır.

Brokkoli cücərtilərindən alınan sulforafan xəstəliyin simptomlarına qarşı təyin olunan psixotrop dərmanların dozasını azaltmağa imkan verir. 


Alimlər 81 şizofreniyalı, 91 sağlam insan arasında tədqiqat aparıblar. MRT çəkimləri vasitəsilə mütəxəssislər onların beyinlərində 5 zonanı müqayisə ediblər.

Alimlər müəyyən edib ki, xəstələrin qlutamat neyrotransmitterlərinin konsentrasiyası sağlam insandakından 4% azdır.  Qeyd edək ki, məhz bu birləşmə depressiya və şizofreniya xəstlərində rol oynayır.


Alimlər qlutamatın səviyyəsini dərmanlar vasitəsilə tənzimləməyin yollarını araşdırıblar.


Tədqiqat siçanlar üzərində aparılıb. 2 vasitə : butioninsulfoksimin dərmanı – hansı ki, qlutamat və qlutationu blok edir və gül kələmdən alınan sulfotrafan, hansı ki, əksinə artırır. 


Butioninsulfoksimin siçanların beynində güclü oyanma yaratdı və sinir impulslarının ötürülməsini sürətləndirdi. Məhz bu dəyişikliklər şizofreniya üçün xarakterikdir. Əks effekti isə sulforafan verdi. Buzaman beyin hüceyrələri sakitləşdi. 


Daha sonra alimlər brokkoli ekstraktı ilə sınaq aparıblar. 80 nəfər sağlam qadın və kişiyə 7 gün ərzində 100 mkml  brokkoli ekstraktı BAD formasında verilib.


Onlarda qarında köpdən başqa heç bir əks təsir müşahidə olunmadır. MRT isə beynin müxtəlif zonalarında qlutationun 30% artrdığını göstərdi. 

İndi alimlər brokkolidən alınan sulforafonun şizofreniya xəstələri üçün təhlükəsiz istifadə olunmasının yollarını axtarır. Sulforafonun hallüsinasiyaları azaldacağı gözlənilir. 


Əgər təsdiqini taparsa, bu yeni kəşf yaxın gələcəkdə şizofreniyaya meyilli insanlarda xəstəliyin qarşısını almaq üçün tətbiq olunacaq.