Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şəkər bağırsaqları iltihablandırır

  • 2019.11.14 19:02
  • 4731 Baxış
Şəkər bağırsaqları iltihablandırır
Şəkər, qənd orqanizmdə iltihabi prosesləri sürətləndirir. 


Medicina.az xəbər verir ki, Albert Universitetinin alimləri sübut edib ki, əgər insan şəkər qəbulunu artırsa, onda bağırsaqların iltihabi xəstəlikləri də artacaq. 

Eksperiment siçanlar üzərində aparılıb. 2 qrupa bölünən siçanların bir qrupuna adi yem veriblər, digər qrupu 3 gün saxaroza ilə qidalandırıblar.


Sonra bütün siçanlarda xüsusi dərmanla kolit – qarın ağrısı yaradıblar.


Məlum olub ki, ikinci qrup siçanlarda bağırsaq toxunaları zədələnib, immun cavab zəifləyib.


Alimlər bildirir ki, hətta qidada cüzi olaraq şəkərin artması artıq mövcud iltihabi prosesləri kəskinləşdirir.


Səbəb bağırsaq mikroflorasının pozulmasıdır. Yüksək şəkər tərkibli qidalar bağırsaqda zərərli bakteriyaları qidalandırır, çoxaldır, bu da iltihabı artırır.

Qeyd edək ki, şəkər şiş hüceyrələrini də aktivləşdirir.