Raxit uşaqlarda rast gəlinən, tez-tez aşkarlanan, vaxtında qarşısı alınmazsa irəlidə ciddi və geridönməz fəsadlara səbəb olan xəstəlikdir.
Medicina.az 1 yaşlı uşaqlarda raxitə qarşı qidalanma menyusunu təqdim edir.
Raxit D vitamini və kalsiumun mənimsənilməsinin, sümüklərin minerallaşması prosesinin pozulmasıdır.
Daha çox 3 aylıqdan 3 yaşa kimi uşaqlar risk altındadır. Çünki bu dövrdə sümüklərin formalaşması intensiv gedir.
Südəmər körpə ana südü ilə kifayət qədər D vitamini almır. Ona görə istər ana südü, istər süni qida yeyən körpələr əlavə D vitamini almalıdır.
Bunun üçün artıq 1 aylığından başlayaraq pediatrla məsləhətləşərək, uşağın rasionuna müxtəlif meyvə şirələri, 3 aylığından isə tərəvəz və meyvə püreləri daxil etməlidirlər.
1 yaşında raxitin profilaktikası üçün menyudan bütün növ un məmulatları çıxarılır. Çünki bu məhsullarda fosfor olduğundan, o raxiti inkişaf etdirə bilər.
Raxitə qarşı menyu:
Əgər raxit diaqnozu təsdiqlənibsə, uşağın qida rasionu bir qidadan ibarət olmamalıdır, maksimum əlavələr, müxtəliflik lazımdır.
-3-4 aylığından sıyıqlar, püre, şirələri, qaraciyər menyuya daxil edilməlidir. Bişmiş tərəvəzlərdən püre günorta 1-2 çay qaşığı verilə bilər.
-1 həftədən sonra pürenin miqdarıdı 3-5 qaşığa qaldırmaq olar.
-Tərəvəzlərdən balqabaq, kabak, badımcan, kök olmalıdır.
-3 həftədən sonra tərəvəz püresinə yumurta sarısının yarısını əlavə etməyə çalışın
-Sıyıqlar tərəvəz bulyonunda hazırlansın və gündə 1 dəfə verilsin
-II dərəcəli raxitdə uşağın qidasına mal qaraciyəri, balıq yağı, kəsmik, xama, kərə yağı, bitki yağı əlavə olunmalıdır
-Eləcə də masaj, idman, fizioterapiya, təmiz hava, çox gəzinti, günəş şüası mütləqdir. Raxitli uşaq günün yarısını açıq havada keçirsə daha yaxşı olar.