Nə üçün yara gec sağalır? - Səbəblər

  • 2019.10.25 12:17
  • 9716 Baxış
Nə  üçün yara gec sağalır? -  Səbəblər

Hər bir insan travmalar, kəsiklər, sıyrıntılar, yaralarla üzləşir. Bəzən insan fikir verir ki, yara uzun müddət ərzində sağalmır.


 


Medicina.az xəbər verir ki, Bu
təhlükəli simptomdur. Diqqətli olun! Bəzən yaraların gec sağalması çox
ciddi xəstəliklərin simptomu ola bilər.


Hansı səbəblərə görə yaralar gec sağalır?


 


 



Əgər yara uzun müddət ərzində sağalmırsa, bu yaraya infeksiyanın düşməsindən
xəbər verə bilər. Bu halda yara şışır, qızarır, ağrıyır, bədən hərarəti
qalxa bilər. Bu təhlükəli haldır. Xəstə mütləq cərraha müraciət
etməlidir.


 


 


- Şəkərli diabet zamanı yaralar çox gec sağalır.
Bu diabetin ilk simptomlarından biridirir. Yaralar gec sağalırsa,
mütləq qanda şəkərin səviyyəsini yoxlayın.


- Avitaminoz və hipovitaminoz (vitamin və mineralların çatışmazlığı) da yaraların gec sağalmasına səbəb ola bilər.


 


 


- İmmun sisteminin zəifləməsi, immunodefisitlər
zamanı yaralar çox gec sağalır. Bu səbəbdən əgər yaralar çox gec
sağalırsa, bu insanın immun sistemində olan pozulmalardan xəbər verə
bilər.


 


 


 


 


 


 


- Spirtli içkilərin daim qəbulu yaraların daha gec sağalmasına səbəb ola bilər.


 


 


- Bəzi dərman preparatları (aspirin, ibuprofen və digər iltihabəleyhinə preparatlar) qanın laxtalanmasını azaldır və nəticədə yaralar daha gec sağalır.


 


 


- Natamam qidalanma, aclıq yaraların gec
sağalmasına səbəb olur. Yaraları bağlayan kollagen liflərinin sintezi
üçün orqanizm kifayət miqdarlarda zülalları, kabohidratları, yağları
almalıdır. A və C vitaminləri, bəzi minerallar da yaraların sağalması
üçün çox vacibdir.


 


 


- Yaşlı insanların orqanizmində bir çox
proseslər ləngiyir. Bu, o cümlədən, yaraların daha gec sağalmasında
özünü büruzə verir. Hamı bilir ki, uşağın orqanizmi çox tez bərpa
olunur, istənilən yara, cızıq və s. çox tez sağalır. Yaşlı insanlarda
isə əksinə.


 

- Qan dövranı pozulmaları yaraların gec sağalmasına səbəb ola bilər. Bu pozulmalar ürək-damar sistemi xəstəlikləri zamanı inkişaf edir. Nə  üçün yara gec sağalır? -  Səbəblər