Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kimlərə isti qum və gündə qaralmaq olmaz? –SİYAHI

  • 2019.06.01 15:06
  • 11872 Baxış
Kimlərə  isti qum və gündə qaralmaq olmaz? – SİYAHI
Yay gəldikdə, qızmar istilər düşdükdə, insanlar dəniz kənarında günəşləndiyini xəyal edir. 


İsti qum, gündən qaralma, gün vannaları orqanizm və bədən üçün çox faydalıdır. Xüsusən uşaqlar üçün. Amma elə xəstəliklər var ki, bu insanlara gündə qaralmaq əks göstərişdir. Təəssüf ki, bunu bir çoxları bilmir və isti qum və günəşdən xəstəlikləri daha da ağırlaşır. Hətta müəyyən dərman preparatları var ki, onları qəbul edəndə, gündə qaralmaq olmaz.


Medicina.az gündə qaralmanın qadağan olunduğu insanların siyahısını təqdim edir:


-Açıq rəng göz, kürən, ağ dərisi və sarışınlar – onların dərisi melanin demək olar ki, sintez etmir. Ona görə dəri xərçəngi yaranma riski dəfərlərlə çoxdur. 

-Bədəndə çox və iri xalların olması. Xalların hansı xarakterdə olmasını bilmək üçün öndə dermatoloqa getməli və onların təhlükəli olub olmamasını aydınlaşdırıb, sonra çimərliyə getməlisiz. Yaxşı olar ki, xalların üzəri bağlansın.

-Hamilələr – ilkin və gec həftələrdə

-3 yaşına kimi uşaqlar

-İstənilən şiş- xoşxasəlli, bədxassəli olanlara

-Ginekoloji xəstəliyi olanlara- polip, endometriya, kistlər, mioma

-Vərəm xəstələri


-Bir sıra göz xəstəlikləri

-Varikozu olanlar

-Xroniki hepatit

-Dağınıq skleroz

-Qalxanvari vəzin xəstəlikləri

-Kron xəstəliyi olanlar

-İnsulin alan diabetlər

-Dəridə yeni əməliyyat izi olanlar

-İnfeksion xəstəliyi olanlar

-Fotosensibilizator tərkibli dərmanlar qəbul edənlər