Avropanın ən yaşlı qadın sakini Cuzeppina Robuççi İtaliyada dünyasını dəyişib.
Cuzeppina Robuççi 116 yaşında həyatla vidalaşıb. İtalyan qadın valideynlərinin Poco-İmperialedəki evində gözlərini əbədi yumub.
Medicina.az xəbər verir ki, Cuzeppina Robuççi həmin şəhərin fəxri meri sayılırdı. O, bu ada 2012-ci ildə bu layiq görülüb.
Robuççi həm də dünyanın ən yaşlı ikinci qadını idi. Yapon Kane Tanaka kimi o da 1903-cü ildə doğulmuşdu. Sadəcə, Tanaka yanvarın 2-də, Robuççi isə martın 20-də dünyaya gəlib.
Poco-İmperialenin meri Alfonso D’Aloizio deyir: "Təəssüf içindəyik. Biz belə bir insanın şəhərimizdə yaşaması ilə fəxr edirik”.
Cuzeppina hər iki dünya müharibəsini görmüşdü. O, uzun illər əri ilə birlikdə trattoriyada işləyib. Cuzeppinanın 5 övladı, 9 nəvəsi, 16 nəticəsi qalıb.
Robuççi
ömrü boyu üç sadə qaydaya əməl edib. O, uzunömürlülüyün sirrini sağlam
qidalanmada, Allaha inamda və alkoqoldan imtina etməkdə görürdü.
C.
Robbuçi 1903-cü il martın 20-də anadan olub. Onun 5 övladı, 9 nəvəsi və
16 nəticəsi var. Cuzeppinanın həyat yoldaşı 1985-ci ildə dünyasını
dəyişib.