Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Antibiotiklər mədə-bağırsaq xərçənginə səbəb olur

  • 2019.08.21 15:04
  • 6196 Baxış
Antibiotiklər mədə-bağırsaq xərçənginə səbəb olur
Tez-tez çox antibiotik, xüsusən tablet formasında qəbul edənlərdə gələcəkdə yoğun bağırsaq, mədə, düz bağırsaq xərçənginə gətirib çıxara bilər.


Medicina.az xəbər verir ki, Britaniya tibb mütəxəssisləri bildirib ki, 2010-cu ildə bütün dünyada pasiyentlər 70 milyard dozada antibiotik qəbul edib.

Məlumdur ki, bu dərmanlar mədə-bağırsaq mikroflorasını pozur, selikli qişanı zədələyir, zərərli bakteriyaları artırır. 


Tədqiqatçılar Datalink bazasının 1989-2012-ci llər məlumatlarını analiz edərək, 11,3 milyon pasiyentin müalicə informasiyasını təhlil edib. Onlardan 28 min nəfəri yoğun bağırsaq, 9, 2 min nəfəri düz bağırsaq xərçənginə tutulmuşdu. 

137 min insanda isə bu növ şişlər yox idi. 


Yoğun bağırsaq xərçəngi olan xəstələrin 70%-nə, düz bağırsaq xərçəngi xəstələrinin 68%-nə antibiotik terapiya uzun müddətlərdə təyin edilmişdi. 

Yoğun bağırsaq xərçəngi xəstələri daha çox anaerob bakteriyalar əleyhinə antibiotiklər qəbul etmişdilər. 


Düz bağırsaq xərçəng xəstələrinə isə digər qrup antibiotiklər təyin edilmişdi. 


Alimlər hər iki qrupda xərçəng riskinin antibiotik qəbul etməyən və ya ömrü boyu az qəbul edən insanlara nisbətən daha çox olduğunu elan ediblər.

Xüsusən 15 gün və daha çox müddətə antibiotik qəbul edənlərdə xərçəng olma riski var. Xüsusən ampisillin preparatı risklidir.