Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Komada olan qadın sağlam uşaq doğdu

  • 2019.06.28 22:57
  • 8044 Baxış
Komada olan qadın sağlam uşaq doğdu
Malayziyada yarım ildir komada olan qadının qız övladı dünyaya gəlib.

 

 Medicina.az xəbər verir ki, Petalinq şəhərinin sakini Kamariya Arve hamiləliyinin 3-cü ayında ağır xəstəliyə düçar olub. Beynində şiş tapılan Kamariya 2018-ci ilin dekabrında əməliyyat edilib. Ancaq əməliyyatdan sonra qadın komaya düşüb. Buna baxmayaraq, Kamariyanın bətnindəki döl inkişafdan almayıb. Həkimlər 34 həftəliyinədək qadını süni qidalandırmaqla körpəni böyüdüblər.

 

 Qeysəriyyə əməliyyatı ilə doğulan uşağın sağlam olduğu bildirilir. Hazırda Kamariyanın əri və körpəsi onun komadan ayılmasını gözləyirlər.