Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sağlamlıq üçün hər gün bir dilim pendir yeyin – Həkim

  • 2023.01.30 20:58
  • 2874 Baxış
Sağlamlıq üçün hər gün bir dilim pendir yeyin  – Həkim


Müəyyən qaydalara əməl etməklə pendir hər kəs üçün faydalı qidadır.


“Bakupost” xəbər verir ki, qastroenteroloq Mariya Kolesnikova pendirin bədən möhkəmləndirici təsirindən danışıb.


“Pendir pozitivlik, tonus və yaxşı əhval mənbəyi olan endorfinləri stimulə edir. Yorğunluq, stress və yuxusuzluqdan əziyyət çəkənlər pendirin ən faydalı növlərindən gündə 1-2 dilim yeyə bilər.

Elmi araşdırmalar göstərib ki, yuxudan 1 saat əvvəl, tələsmədən bir dilim pendir yesəniz orqanizm sanki rahatlanır, yuxuya asan gedirsiz, əhval yaxşılaşır.

Digər elmi araşdırma isə gündə bir dilim pendirin infarktın qarşısını aldığını sübut edib.
Pendirdə A, C, E, B vitaminləri, yod, dəmir, kaliy, kalsium, vitamin D var.

Əridilmiş və duzlu pendirdən uzaq durmaq lazımdır.
Pendirin sutkalıq norması 30-50 qramdır.

Bircə dilim yetərlidir, aşırı pendir yemək zərərlidir”.

Aygün Musayeva