Sağlamlıq haqqında arayışın dövlət rüsumu qiyməti 40 AZN-dir.
Arayışlar elektronlaşdıqdan sonra qiymətdə dəyişiklik gözlənilirmi?
“Medicina” xəbər verir ki, bu barədə TƏBİB sədri Vüqar Qurbanov açıqlama verib.
Belə ki, 40 manat arayışın alınması zamanı keçirilən tibbi müayinələrin tam dəyərini əhatə etmir.
“Biz sadəcə maya dəyərini hesablamışıq. Arayış zamanı göstərilən tibbi xidmət, həkim müayinəsi, analizləri hesabladıqda bu məbləğdən 2 dəfə artıqdır. Biz arayışı maksimum əlçatan etmişik. Sağlamlıq arayışı üçün müayinədən keçmək özü kiçik çek-ap hesab edilir. Bu müayinələr vətəndaşların sağlamlığı üçün faydalıdır. Arayışın icbari sığortanın xidmətlər zərfinə daxil edilməməsi bizim səlahiyyətimizdə deyil və dünyada əksər ölkələrdə belədir”.
Arayışların pulsuz olacağı gözlənilmir.
Aygün