Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sağlamlığınız naminə tualet kağızından imtina edin

  • 2025.01.15 19:28
  • 267 Baxış
Sağlamlığınız naminə tualet kağızından imtina edin

Alimlər və həkimlər tualet kağızının tualetdə gündəlik gigiyenik vasitə kimi istifadə etməyə uyğun olmadığını bildirir.


“Medicina” xəbər verir ki, The Sun məlumatına görə, tualet kağızının xüsusən defekasiyadan sonra istifadəsi müxtəlif patologiyaların inkişaf etməsinə səbəb olur.


Bu onunla sübut olunur ki, tualet kağızı orqanizmin fəaliyyətinin qalıq izlərini dəridən və bədəndən tam təmizləyə bilmir.

Zərərli bakteriyalar dəridə qalır, ordan da sidik sisteminə keçir. Eləcə də tualet kağızları anal çatlar, hemorroy və digər patologiyalara səbəb olur.


Müasir tualet kağızlarında əlavə kimyəvi maddələr, ətirləndiriclər var ki, onlar ümumiyyətlə kanserogendir və orqanizmə lazım deyil.


Həkimlər tualet kağızından imtina etməyə, su ilə yuyunmağa və ya qatqısız, sadə, uşaq nəm salfetlərindən istifadə etməyə çağırır.

Aygün Musayeva