Yəqin ki, bu məlumat çoxunuz üçün yeni olacaq. Hər bir insanın üzündə "ölüm üçbucağı” yerləşir. Məhz bu üçbucağa daxil olan hissələr infeksiya və virusların orqanizmə daxil olan qapısıdır.
Medicina.az xəbər verir ki, bu təhlükəli üçbucağa burun, burunətrafı hissə və dodaqlar daxildir.
Üzün məhz bu hissəsi ən çox damarların yerləşdiyi nahiyədir, hansı ki, bu damarların hər biri xüsusi klapanla təchiz olunub.
Əgər bu üçbucaq nahiyəni hansısa infeksiya keçə bilirsə, o, baş və beyinə daha tez çatır, bu zaman xəstə ölümə yaxınlaşır.
Dermatoloqlar bildirir ki, bu hissəyə çirkli əllərlə toxunmaq, ovuşdurmaq olmaz.
Məhz bu hissədə burunun ucu qara nöqtələrlə dolur və furunkul yaranır.
Furunkul piy vəzilərinin tutulması səbəbindən iltihablaşması deməkdir. Dəri altında yayılan iltihab və irin yol tapıb çıxa bilmir.
Furunkulyoz dermatologiyada ən təhlükəli problemdir.
Əgər furunkul yaranıbsa, onu deşmək, iynə ilə açmaq, sıxmaq qəti qadağandır.
Burun ucundakı iri qara nöqtələr isə kamedonlar adlanır.
Bu nahiyənin piy vəzilərinin tutulmasının, məsamələrinin çirklənməsinə yol vermək olmaz.
Burunda tüklər təhlükəni azaldır.
Çox adam bu tükləri bir yol tapıb epilyasiya edir. Amma burun içi tüklər hava filtridir. Mütəxəssislər bu tüklərin qoparılmasının, pinsetlə dartılmasının əleyhinədir, bu zaman da infeksiya keçə bilər.