Bir çox mütəxəssislər çuğunduru onun orqanizmə olan
müsbət təsirinə görə əsl dərman adlandırırlar.Bu adi və ucuz tərəvəzin
sağlamlıq üçün faydaları həqiqətən heyrətləndirir.
Medicina.az çuğundurun qızıldan qiymətli
faydaları ilə tanış edir.
1. Qəbizlik zamanı yardım edir
Liflərlə zəngin olan çuğundur
qəbizlik zamanı çox yaxşı kömək edir. Mütəxəssislər xroniki qəbizlik zamanı hər
gün 100-150 qr bişmiş çuğundur yeməyi tövsiyə edirlər.
2. Təzyiqi salır
Çuğundur və xüsusilə də
çuğundur şirəsi damarları genişləndirir və bununla da təzyiqi salmağa kömək
edir. Həmçinin çuğundur qan
damarlarını daha elastik edir və onlarda iltihabı azaldır.
3. Afrodiziak kimi təsir edir
Hələ Qədim Romada çuğundurun
stimullaşdırıcı təsiri istifadə olunurdu. Damarları genişləndirmək
xüsusiyyətinə malik olan çuğundur kişi cinsiyyət sisteminə viaqraya oxşar təsir
edir, cinsi meyli və potensiyanı artırır. Mütəxəssislər viaqra qəbul
edən kişilərə çuğunduru yeməməyi tövsiyə edirlər ki, bu zaman dərmanın təsiri
xeyli artır və bu da orqanizmə ziyan vura bilər.
4. Xərçəngdən qoruyur
Çuğundurun tərkibində olan
betanin maddələri orqanizmə güclü antioksidant təsir edir, hüceyrələrin
qocalmasını tezləşdirən və genlərdə mutasiyaların riskini artıran sərbəst
radikalları neytrallaşdırır. Mütəxəssislərin fikrinə görə,
çuğundur şirəsi orqanizmə olan antioksidant təsirə görə bütün meyvə və tərəvəz
şirəslərini üstələyir.
5. Orqanizmi tonuslaşdırır
Çuğundur orqanizmə
stimullaşdırıcı və tonuslaşdırıcı təsir edir, orqanizmin davamlılığını artırır. Mütəxəssislər çuğunduru suda
və ya sobada bişirilmiş halda yeməyi tövsiyə edirlər.
Qızımın 15 yaşı var qaz azlığı var cuğundur suyunu verə bilərəm ona