Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sümük iliyi yedikdə nə baş verir? – Faydalarını saymaqla bitmir

  • 2019.05.23 16:11
  • 53257 Baxış
Sümük iliyi yedikdə nə baş verir? – Faydalarını saymaqla bitmir
Sümük iliyi sumuk borusunun içində olan qatı ilik mayesidir. Kollagen baxımından zəngindir. Kollagen - proteinlər ailəsinin əsas birləşdirici toxumalarıdır. İlikli sümük isə gəncləşmək istəyənlərin bir nömrəli dərmanıdır.
Sümük iliyini qaynadıb suyunu içdikdə sağlamlığa qovuşmuş olacaqsınız.

 

 

Medicina.az şəfa mənbəyi bu vasitə haqqında ətraflı məlumatı təqdim edir.

 

 

Dana və quzu kimi heyvanların sümük ilyindən dünya mətbəxində geniş istifadə edilir. Xüsusi dadı ilə şorbalara ləzzət qatır.

 

 
Sümük iliyinin faydaları:  • Orqanizmin immunitet sistemiylə əlaqəli olan trombosit, eritrosit və leykosit hüceyrələrinin çoxalmasına kömək edir.  • Bağırsaq florası, sağlam və funksional həzm sistemi üçün əsas rol oynayır.  • İçində olan amin turşusu, arginin və DNT-ləri formalaşdıran 20 aminturşulardan Prolin kimi maddələrlə bir çox xəstəliklərə şəfa olur.
 • Tərkibindəki minerallar immuniteti gücləndirir.

 • Sümükləri qüvvətləndirir, oynaq ağrılarını yüngülləşdirir.
 • Cild sağlamlığı üçün vaz keçilməz vasitədir. Dərimizin 20-25%-i kollegendən ibarətdir. Kollagenin qalın qatı dəriyə zəriflik və elastiklik verir. Kollagen yalnız dərinin üst qatındakı hüceyrələrdə deyil, hüceyrəarası sahələrdə də var. Daxili quruluşu hesabına, dartılmaq xüsusiyyətinə malikdir. Cavan dəridə kollagen zərif və elastikdir, qocalma prosesində o, öz keyfiyyətini itirir.  • Sümük iliyində isə bol miqdarda kollagen var. Zülal dəyəri və B12 vitamini baxımından güclüdür. Bağırsaq divarlarını bərpa edir.  • Yaxşı yuxu üçün ən yaxşı üsuldur. Yatmazdan əvvəl yarım stəkan sümük suyu içsəniz şirin-şirin yatacasınız.

 

Sümük suyu necə hazırlanır?
•   1  kq ilikli sümüyü tavaya qoyun. Sümüklərin üzərinə çıxana kimi su əlavə edin. •   1 ədəd baş soğan, 1 ədəd yerkökü və yarım dəstə cəfəri saplaqlarını doğrayıb suyun içinə atın. •   Suya ədviyatlar vura bilərsiniz. •   Daha sonra yükdək xodda qaynamaya qoyun. Qaynayandan sonra qazı aşağı endirin. •   Qaynama zamanı üzərində əmələ gələn kəfi mütləq təmizləyin. •   Qarışığı ən azı 8 saat qaynadın. Qazın üzərindən götürməzdən yarım saat əvvəl sarımsaq və cəfəri əlavə edin. •   Əldə olunan bulyonu soyuducuda 3 aya kimi saxlaya bilərsiniz.
•   Bir çox sulu və ət  yeməklərində dad verməsi üçün istifadə edə bilərsiniz.

 

 
Sümük iliyi yedikdə nə baş verir? – Faydalarını saymaqla bitmir