Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qıcqırma təhlükəli xəstəlikdən xəbər verə bilər - DİQQƏT!

  • 2019.10.24 12:37
  • 6501 Baxış
Qıcqırma təhlükəli xəstəlikdən xəbər verə bilər -  DİQQƏT!

Qıcqırma — döş sümüyü arxasında, boğazda, yemək (qida) borusu
boyunca hiss olunan yandırma hissiyyatıdır. Bəzi məlumatlara əsasən, dünya əhalisinin 40%-i qıcqırmadan əziyyət çəkir.Bəzi insanlarda bu əlamət
müvəqqəti, digərlərində isə daimi xarakter daşıyıraq, heç bir təşvişə
səbəb olmur. Bəs qıcqırmanı yaradan nədir?


 


 

Medicina.az xəbər verir ki, mədə ilə qida (yemək) borusu arasında
sfinkter- əzələ həlqəsi movcuddur ki, o da yalnız qida, yemək
borusundan (mədəni ağız boşluğu ilə birləşdirən boru) mədəyə keçərkən
açılır. Digər vaxtlarda isə sfinkter sıx şəkildə bağlanmış olaraq,
mədədə olan qidanın qida borusana doğru geriyə qayıtmasına imkan vermir.
Normal halda məhz belə də olmalıdır. 

 

 


Bu şirənin tərkibində çox güclü kimyəvi maddə
olan xlorid turşusu da daxildir. Hətda dəmiri də həll etmək
xüsusiyyətinə malik olan bu turşu, bizim mədəmiz üçün qorxulu deyil.
Buna səbəb isə, mədənin daxili səthində, bu maddənin təsirəndən qorucu
qabiliyyətə malik olan, müdafiə qatının olmasıdır. 


 



 


 


Yemək borusunda isə belə qat mővcud deyil. Məhz buna görə mədədən
yemək borusuna düşmüş olan bu turşu bəzi hallarda çox güclü yandırıcı
təsir göstərir. Mədə şirəsindən savayı, öd kisəsindən 12-barmaq
bağırsağa, oradan mədəyə və sonra isə yemək borusuna düşə bilən öd də,
yemək borusunu qıcıqlandıra bilər. 


 


 


Tez-tez təkrar olunan qıcqırmanın əsas təhlükəsi ondan ibarətdir ki,
yemək borusunda mədə turşusunun və ödün yeyici təsiri altında eroziyalar
(xırda yaralar) əmələ gələ bilər. Bu eroziyalar qanaxmaya səbəb ola
bilər. Uzun müddət ərzində mövcud olan və müalicə olunmayan eroziyalar
hətta xərçəngə də çevrilə bilər. Buna görə, əgər siz müntəzəm olaraq
(həftədə 2-3 dəfə) özünüzdə qıcqırma hiss edirsinizsə, mütləq həkimə
müraciət edin.


 


Qıcqırma — ayrıca bir xəstəlik olmayıb, müxtəlif
xəstəliklərin əlamətidir (qastrit, duodenit, xolesistit, öd daşı
xəstəliyi və s.). Qıcqırma mədə və 12-barmaq bağırsağın xora
xəstəliyinin də əlaməti ola bilər. Bu zaman qıcqırmanın nə vaxt baş
verməsinə diqqət yetirmək lazımdır. Belə ki, əgər qıcqırma yeməkdən
sonra baş verirsə, çox yəqin ki, bu, turşu reflyuksudur. 


 


 


Əgər qıcqırma yeməkdən əvvəl baş vermiş olarsa, bu daha çox, xora
xəstəliyi üçün xarakterik olan  əlamət hesab olunur. Qıcqırma adətən,
kəskin, yağlı, çox qızardılmış qida qəbulundan sonra baş verir. Xroniki
qəbizliyi olan insanlar da, bir çox hallarda, qıcqırmadan əziyyət
çəkirlər. Bəzi hallarda, qıcqırma praktiki sağlam hesab edilən adamları
da narahat edir. Bu, əsasən, həddindən artıq miqdarda qida, kəskin
ədviyyatlar, yağlı qidalar, alkoqollu içkilərin qəbul edilməsi
nəticəsində baş verir. 


 


 


Əksər hallarda, qıcqırma yeməyi tez-tez yeməyə adət edənlərdə və ya
buna məcbur olanlarda da baş verir. Bəzi insanlarda, turş meyvələr
(alma, limon, gavalı), kefir və digər süd turşusu məhsulları, qara çörək
qəbul edilməsi qıcqırmaya səbəb ola bilir. Döş sümüyü arxasında yanğı
hissiyyatı və ağrı ağırlıq qaldırarkən də baş verə bilər. Bunun səbəbi
isə, qarındaxili təzyiqin artması nəticəsində, mədə möhtəviyyatının bir
hissəsinin qida borusuna atılmasıdır. İstənilən halda, əgər sizdə,
tez-tez qıcqırma baş verirsə, mütləq qasroenteroloqa müraciət edin.
Hamiləlik zamanı, qıcqırma əksər qadınları da narahat edir. 


 


 


 


 


 


 


Əgər qadında toksikoz qusma ilə birlikdə olarsa, bu zaman qida borusu
da qıcıqlandığı üçün, qıcqırma baş verir. Hamiləliyin 2-ci yarısında
isə, böyüməkdə olan uşaqlığın mədəyə təzyiq etməsi qidanın mədədən qida
borusuna atılmasına və nəticəsində xoşagəlməz qıcqırma hissiyatının
yaranmasına səbəb olur. Onu da qeyd etmək çox vacibdir ki, döş sümüyü
arxasında olan yandırma hissiyyatı, xüsusən də onunla birgə
təngnəfəslik, başgicəllənmə, boyunda, sol qolda və çiyində ağrı olarsa,
bu nəinki mədə-bağırsaq sistemində müəyyən bir pozğunluğun olmasını,
həmçinin ürəkdə stenokardiyanın, hətta miokard infarktının olmasını da
göstərə bilər!


 


Döş arxasında yandırma hissi olmasının səbəbinin ürək ilə
əlaqəli olub-olmamasını müəyyən etmək üçün dilinizin altına 1 tablet
nitroqliserin qoymaq lazımdır. Əgər 5 dəqiqə ərzində yandırma hissiyyatı
keçib gedərsə və ya heç olmasa azalarsa, demək bu, ürək tutmasıdır! Bu
halda təcili olaraq kardioloqa müraciət etmək lazımdır, çünki bu, ürəkdə
ciddi problem olduğunun göstəricisi ola bilər!

Qıcqırma təhlükəli xəstəlikdən xəbər verə bilər -  DİQQƏT!
Qıcqırma təhlükəli xəstəlikdən xəbər verə bilər -  DİQQƏT!