Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çox tərləyən əllərin təbii yolla MÜALİCƏSİ

  • 2019.11.23 11:58
  • 7550 Baxış
Çox tərləyən əllərin təbii yolla   MÜALİCƏSİ
Bəzi insanlar əllərinin mütəmadi olaraq tərləməsi və uyuşmasından şikayətçidir.


Medicina.az xəbər verir ki, tərləmək vücudda baş verən normal hal sayılır. Ancaq çox tərləmək bəzi problemlərə səbəb ola bilər. Adətən panik atak, stress, əsəbilik, depressiya çox tərləməyə şərait yaradır. Əl tərləməsinin necə baş verdiyi hələ bilinmir. Bunun bir çox səbəbi ola bilər. Bəzən aşağı qan şəkəri, aktiv tiroid, infarkt, klimaks, spirtli içki istifadəsi tərləməyin əlaməti ola biləcəyi üçün diqqətdən kənar qoymamalısınız. İstifadə edilən bəzi dərmanlar vücudda əllər də daxil olmaqla hədsiz tərləmə yarada bilər.


Bəs əllərdəki tərləmənin qarşısını necə almaq olar?

 

Tərləmənizi təbii yollarla müalicə edə bilərsiniz. Həmin üsulları təqdim edirik: 


Körpə pudrası - Tərli əllərdən qurtulmağın ən sadə və təsirli üsullarından biridir. Xoş olmayan qoxuları aradan götürür.


Alma sirkəsi - Vücuddakı pH səviyyələrini tənzimləyir. Dərinin artıq tərləməsinin qarşısını almaqda sizə kömək edəcək. 2 çay qaşığı alma sirkəsini bir stəkan ilıq suda qarışdırıb bal tökərək içə bilərsiniz və ya əllərinizə çəkə bilərsiniz.


Qara çay - Nəmli qara çay poşetlərini tərli əllərinizdə hər gün bir neçə dəqiqə tutun. Və ya bir fincan isti suya 3-4 qaşıq qara çay atın və dəmləyin. Əllərinizi 10 dəqiqə içinə batırın. Daha sonra əllərinizi yaxşıca yuyun.


Pomidor suyu -  tərli əllərinizi yoxlamaq üçün istifadə edilir. Tərləməni azaltmağa kömək edir. Bunun üçün əlinizə bir pomidor düyünü çəkin və 15 dəqiqə gözlədin. Gündə 1-2 dəfə tətbiq edin. Vücud istiliyinizi aşağı endirmək üçün isə gündə 1-2 stəkan pomidor suyu için.
Çox tərləyən əllərin təbii yolla   MÜALİCƏSİ
Çox tərləyən əllərin təbii yolla   MÜALİCƏSİ