Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“İnsanlara süd içmək olmaz, orqanizmə zərəri çoxdur” –Anestezioloq həkimdən sensaion AÇIQLAMA

  • 2019.06.17 18:53
  • 56030 Baxış
“İnsanlara süd içmək olmaz, orqanizmə zərəri çoxdur”  –Anestezioloq həkimdən sensaion AÇIQLAMA
"Bilin və agah olun ki, insanlara inək, qoyun, camış, keçi və eşşək südü içmək olmaz. Söhbət böyük yaşlı insandan gedir. Süd insana təzə doğularkən lazımdır, o da təbii ki, ana südüdür. Orqanizm həmin vaxt süd tələb edir".


Medicina.az xəbər verir ki, bu sözləri həkim anestezioloq Şahin Məmmədov bildirib. O, hesab edir ki, tibbi baxımdan böyük insanın orqanizminə süd lazım deyil.

 

 


 

 

 

Həkim südün insan orqanizminə faydalı yox, əksinə bəzi məqamlarda zərərli olmasının səbəblərini də göstərib. 


-Süd təzə doğmuş, yəni zahı inəyin döşündən sağılır. O da estrogenlə zəngindir. Bu isə kişilərdə prostat, qadınlarda yumurtalıq xərçənginə gətirə bilər. 


-Süd içdikdə həm kişi, həm də qadınların üz dərisində səpki, sızanaq yaradır.


-Tərkibində çoxlu kalsium olmasına baxmayaraq, içdikdə sümüklərdən də Ca qana çıxmağa məcbur olur. Çünki süddəki zülalların parçalanması nəticəsində qanda turşuluq yaranır. Bu turşunun neytrallaşdırılmasına çox miqdarda Ca tələb olunur. Yəni süd parodoksal olaraq sümükləri zəiflətmiş olur. Tədiqatlar göstərib ki, mütəmadi süd içənlərdə daha çox sümük sınığına rast gəlinib.


-Süddəki hormonlar insan hormonal balansını pozur, nəticədə piylənmə ehtimalı artır. Arıqlamaq istəyənlərə süd içməyi trenerləri məsləhət görmür. 


-Laktoza dözümsüzlüyü demək olar ki, 3 nəfərdən birində var. İndi laktoza dözümsüzlüyü ilə çox uşaqlar doğulur. Bu insanlar süd içəndə qarında qaz, köp və ağrılar yaranır.


-Fermalarda heyvanlar yaxşı süd versin deyə müxtəlif dərmanlar verilir. Eləcə də inəyə vurulan antibiotiklər südə keçir. İnsan lazımsız yerə südlə bu dərmanları qəbul edir. 

Bu da antibiotiklərə davamlı bakteriyaların artmasını, orqanizmdə faydalı mikrofloranın balansını pozur.


-Südün tərkibində böyük miqdarda xolesterol və doymuş yağlar vardır. Bu da damarları tıxayır, ürək xəstəlikləri yaradır.


Bu hələ hamısı deyil.  Amma nə qədər yazsam da, xeyri yoxdur. Milləti süddən ayırmaq mümkün deyil”.


Həkim böyük insanlara süd yox, süd məhsullarının qəbulunu məqbul bilir: kəsmik, qatıq, kefir və s. Qeyd edək ki, həkimin özü də südün özünü yox, yalnız süddən hazırlanan məhsulları qəbul edir.

 

 


“İnsanlara süd içmək olmaz, orqanizmə zərəri çoxdur”  –Anestezioloq həkimdən sensaion AÇIQLAMA
“İnsanlara süd içmək olmaz, orqanizmə zərəri çoxdur”  –Anestezioloq həkimdən sensaion AÇIQLAMA