Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Günəş yanıqlarından qorunmağın effektiv üsulları – YAY FƏSLİNİN ƏN BÖYÜK DƏRDİ

  • 2019.06.07 11:51
  • 7323 Baxış
Günəş yanıqlarından qorunmağın effektiv üsulları  – YAY FƏSLİNİN ƏN BÖYÜK DƏRDİ

Yay fəsli gələndə ilk yada düşən məhz dəniz və yaxud qaralmaqdır. Bu estetik zövqün ağrılı tərəfi isə günəş yanıqlarıdır.

 

Medicina.az günəş yanıqlarından necə qorunmalı olduğunuz barədə faydalı məsləhətləri təqdim edir.

Günəşin yanıqları ağır dərəcəli olmadığı hallarda çox asan üsullarla həll edilə bilinir. Ən yaxşı tədbir məhz qoruyucu kremlərdir.


Günəş yanığına nə yaxşı təsir edir?


Xiyar: qabıqlarını soymadan rəndələyin, yaxşıca suyunu sıxın. Daha sonra yanıq olan nahiyələrə asta-asta sürtə bilərsiniz. Bu üsulu gündə 2-3 dəfə təkrarlaya bilərsiniz. Xiyarın tərkibindəki vitaminlər sayəsində dəriniz yenilənəcək, yanığın səbəb olduğu ağrı azaldacaq. 

 

Zeytun yağı: yanıqların müalicəsində zeytun yağı geniş istifadə edilir. Bu üsul yanmış dərinin quruluğunu aradan götürür, yumuşaqlıq verir ağrını yüngülləşdirir.

 

Qatıq:  yanmış dərinin ağrısını yüngülləşdirir. Ağrı və qaşınma hissini aradan qaldırır. Gündə 3-4 dəfə tətbiq edilə bilər.

 

Aloe vera: ən təsirli həll yoludur. Bu möcüzəvi bitkinin yanıqlara xüsusi təsiri var. Bir çox nəmləndirici yanıq kremlərinin tərkibində məhz bu bitki var. Aloe vera cildinizi bərpa edib əvvəlki sağlamlığına qovuşduracaq.

 

Alma sirkəsi: Vücuda çox faydalı olduğu hər kəsə məlumdur. Xüsusi ilə dəri təmizliyində önəmlidir. Bundan başqa dəridə  baş verən günəş yanıqlarının müalicəsində rahatlıqla istifadə edə bilərsiniz. Gündə 3-4 dəfə yanmış yerə pambıq vasitəsi ilə çəkin. Bu, cildin nəmlənməsini təmin edəcək və ağrını azaldacaq.


Günəş yanığı olan yeri ilıq su ilə yuyun. Daha sonra nəmləndirici krem çəkin. Bu zaman dərinin dartılması dayanacaq, ağrılar azalacaq. Çünki yanmış dəri dartılaraq daha çox ağrıya səbəb olur. Günəş yanığı normadan artıq dərəcədə olsa, infeksiya qapa bilir. Buna görə günəşin daha qızmar olduğu vaxtlarda  birbaşa təmasdan qaçın. Dəri çox günəş işığına məruz qaldıqda quruyur. Cildin bərpası üçün bol-bol su içmək lazımdır. Dərinin nəm səviyyəsini qorumaq vacibdir. 

 

Cildinizdə yanıq olan yer zamanla qaşınmağa başlayır. Ona görə də bol nəmləndirici krem istifadə etmək labüddür. Əllərdəki bakteriyaların inkefsiyaya səbəb olma ehtimalı yüksək olduğundan ehtiyatlı olmaqda fayda var. Əks halda yaralara səbəb olar. Bəsit günəş yanığı adətən 2-3 günə keçib gedir. Yanıq olan yerdə su yığılıbsa və cildin qabarması müşahidə edilirsə, dərhal həkimə gedin. Yanıq dərəcəsi artdıqca müalicə vaxtı da dəyişir. Ona görə də bu durumu gözardı etmək olmaz.

 

 


Ayna Məmmədova

Medicina.az
Günəş yanıqlarından qorunmağın effektiv üsulları  – YAY FƏSLİNİN ƏN BÖYÜK DƏRDİ