Öd kisəsində daşların olması həmin şəxs üçün insult riskini də artırır. Bunu Tayvan Memorial Hospitalın alimləri bildirib.
Medicina.az xəbər verir ki, xəstədə, xüsusən yaşlı insanda insult riskini azaltmaq üçün öd kisəsinin çıxarılması çox əhəmiyyətlidir.
Öddə daşla insultun əlaqəsinin olması çoxdan tibbə məlumdur.
Alimlər son tədqiqatlarında 310 min nəfər öd daşı xəstəliyi olan pasiyentin tibbi məlumatlarını araşdırıb.
Onların yarısı öd kisəsinin əməliyyatını keçirmişdilər. 12 il ərzində bu adamlardan 19,1 min nəfəri insult keçirdi. Onlar öd kisəsini əməliyyat etdirməmişdilər. 11 min nəfəri isə əməliyyat olunanlar idi.
Deməli, belə qənaətə gəlinib ki, öd kisəsi götürülən insanlarda insult olma riski 40% azalır.
Alimlər öd kisəsinin çıxarılmasını insultun profilaktikasında önəmli qərar hesab edir. Əgər xəstə baş beyin qan dövranı pozulması qrupuna daxildirsə, onun öd kisəsi nəzarətdə saxlanmalı və daş varsa, mütləq kisə çıxarılmalıdır.