Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu 5 qidanı çiy halda yeməyin - FOTOLAR

  • 2019.10.16 12:27
  • 57968 Baxış
Bu 5 qidanı çiy halda yeməyin -  FOTOLAR
Bəzi insanlar tərəvəz bitkilərinin çiy halda yeyilməsinin sağlamlıq üçün daha faydalı olduğuna inanırlar.

Amma bəzi tərəvəzlər var ki, heç bir halda çiy yeyilməməlidir.

 

Medicina.az sizə həmin qidalar barədə məlumatı təqdim edir.

 


Brokoli Brokoli, Brüssel kələmi, gül kələmi və kələm kimilər sinifindən olan digər tərəvəzlər çiy halda yeyiləbilən tərəvəzlərdəndir. Lakin çiy halda yemək köp yaradır. Buna görə də elə bişmiş halda yeməyiniz daha məqsədəuyğundur.

 


Badımcan Badımcanın tərkibində mədə-bağırsaq traktını qıcıqlandıran, kalsiumun udulmasını azaldan solanin maddəsi var. Nəticə etibarı ilə badımcanı çiy halda yeyən insanlarda mədə ağrısı və bulanması, başgicəllənmə, hətta qusma ilə qarşılaşa bilərsiniz. Ama badımcanı bişirməklə siz solanini zərərsizləşdirirsiniz.

 


Uçqun otu Yarpaqları toksik maddələr ifraz edir. Çiy halda yemək istəsəniz çox az miqdarda yeyə bilərsiz. Uçqun otunun yeyilə bilən hissəsi sadəcə zoğlarıdır. Həm ləzzətli, həm də faydalıdır.

 


Kartof Kartofu çiy halda yeməyiniz məsləhət deyil. Yetişməmiş xam kartof günəş işığına məruz qaldıqda təhlükəli miqdarda solanin ifraz edə bilər. Bu, xam badımcan yeməklə eyni simptomlara səbəb ola bilər.

 


Qırmızı lobya Qırmızı lobya çiy halda yeyildikdə mədə sancılarına, qusma və ishala səbəb olur. Dadsız və iysizdir.
Bu 5 qidanı çiy halda yeməyin -  FOTOLAR
Bu 5 qidanı çiy halda yeməyin -  FOTOLAR
Bu 5 qidanı çiy halda yeməyin -  FOTOLAR
Bu 5 qidanı çiy halda yeməyin -  FOTOLAR
Bu 5 qidanı çiy halda yeməyin -  FOTOLAR