Bədənimizin ətri xoş olsun deyə biz deodorant və ətirlərə pul xərcləyir və bəzən yenə də arzu olunan nəticə əldə etmirik. Elə insanlar var ki, özlərindən asılı olmadan, bədən və dərilərinin öz qoxusu xoşagələn olmur və bunu heç bir kosmetik vasitə ilə ört-basdır edə bilmirlər.
Çünki yedikləri qidalar, rasionları onlarda kəskin bədən qoxusu dəyiçməsi yaradır.
Medicina.az bədənin ətrinə mənfi təsir edən qidaları təqdim edir. Nə yeyək ki, ətirsiz də gözəl qoxuyaq?
Xüsusən toydan, evlilikdən, vacib görüşlərdən öncə bu qidaları yeməyin.
Ət və ət məhsulları
Mədədə ən gec həzm olan bu qida zülala parçalanaraq, qana düşür. Burda bakteriyalarla qarışaraq, kəskin qoxu verir. Aparılan elmi tədqiqatda 100 vegeterian və 100 ət yeyən qadının bədən qoxusu müqayisə olunub. Məlum olub ki, həftədə 3-4 dəfə ət yeyənlərin bədən qoxusu vegeterianlardan daha kəskin olub. Ət yeyənlərin tər qoxusu da pis olur.
Mütəxəssislər əti həftədə 2 dəfəyə endirib, yanında qarabaşaq və bol təzə göyərti yeməyi tövsiyyə edir ki, tərin qoxusu çox dəyişməsin.
Ümumiyyətlə, çox göyərti yeyənlərə heç tərə qarşı dezodorant da lazım olmur.
Amerikalı doktor Alan Hirşin bildirib ki, qadınların xoşuna vişnə, kişi odekalonu ətri gəlir. Eləcə də xiyar qoxusu gələn kişilər onları ehtiraslandırıb. Ona görə kişilər bol xiyar yesə məsləhətdir.
Qoxu verən tərəvəzlər
Bəzi tərəvəzlər də ət kimi bədən ətrini dəyişir: o tərəvəzlərin həzmi zamanı qazlar ayrıldığından kükürd və ammiak qoxusu gəlir.
Brokkoli, gül kələmi, bəzi kələm növlərinin xoşagəlməz qoxusu bədəndən saatlarla getmir. Yaxşı olar ki, kələmi suda çox bişirəsiz.
Sparja, qulançar çox dəbdə olan qidadır. Amma onu yedikdən sonra tər və sidiyin qoxusu dəyişir. Sparja həzm olunarkən ayrılan metantiol qazı zülalları çürüdür. Sparja yedikdən sonra mütləq alma və ya portağal yeyin.
Balıq
Balıqda, xüsusən forel və tunsda olan xolun insandan balıq qoxusu gəlməsinə səbəb olur. Qarşısını almaq üçün qoz yeyin. Eləcə də balıq yeyərkən sousuna kalqan, zəncəfil əlavə edin. Ona görə suşi yanında zəncəfil verilir ki, spesifik turşumuş qoxunun qarşısını alsın.
Yeməklərdən sonra əmələ gələ biləcək bədən qoxusunun qarşısını almaq üçün Məsləhət:
yeməkdən sonra adətiniz üzrə çay, qəhvə yox, nanə, melissa, şalfey dəmləməsi için