Ayran həm içkidir, həm də çörəklə birgə qidadır. Qafqaz və türk xalqlarının icadıdır.
Tərkibində kalsium, fosfor, faydalı maddələr çoxdur.
Qədimdə təbiblər məhz ayranı ilan zəhərinə qarşı dərman biliblər.
Medicina.az sərin ayranın orqanizmdə və hansı xəstəliklərdə faydalı olması barədə araşdırıb. Səhhətində bu problemi olanlar tez-tez ayran içməlidir.
-Az kalorili olduğu üçün bütün dietalarda içilib, arıqlamaq olar
-Damarlarda xolesterini azaldır
-Ağciyər xəstəlikləri, bronxit, astması olan insanların vəziyyətini yüngülləşdirir
-Şəkər xəstələrində susuzluğa qarşı
-Əsəbi gərginliyi azaldır, əhvalı qaldırır
-Enerji verir
-Təzyiqdə faydalıdır
-İnfeksiyalarla mübarizə aparmağa kömək edir
-Toksinləri, zəhərləri yuyur
-Bağırsağın mikroflorasına faydalıdır
-Baş ağrısını azaldır
-İdmanla məşğul olanlar əzələ kütləsini artırmaq üçün
-Qəbizliyə qarşıdır
-Yaxşı yuxu gətirir
-Uşaqların sümük sistemini möhkəmlədir
Diqqət: mədəsində qastrit, xora olanlar ehtiyatla və az miqdarda içsin.