Yəqin ki, siz də düyünü səhv bişirənlərdənsiniz. Alimlər sübut edib ki, hətta peşəkar aşpazlar belə düyünü qaydasında bişirə bilmir. Deyəcəksiz ki, düyüdür, necə bişdi nə fərqi, əsas yumşalsın, dadı olsun, yağı vurulub yeyilir.
İş ondadır ki, düyü orqanizm üçün zərərli ola biləcək qidadır.
Məsələ düyüdə yox, onun plantasiyalarda yetişdirilmə texnologiyasındadır. Düyü tarlaları çox vaxt suyun içində olur. Düyünn kökü torpaqdan kremnezin alır, lakin bu zaman torpaqda olan zəhərli mərgümüş, yəni daha çox stomatoloqların diş siniri öldürərkən bir vaxtlar istifadə etdiyi mərgümüş də kremniy kimi maddə olduğundan düyü tərəfindən mənimsənilir. Bitkidə mərgümüşün daha çox toplandığı yer isə düyünün özü olur.
Sübut olunub ki, düyü digər taxıllarla nisbətdə daha çox mərgümüş udur. Bu da onun su ilə bol torpağından qaynaqlanır.
Düyü yetişdirilən ölkədə, sahədə torpaq nə qədər çox pestisidlərlə çirklənibsə, orda yetişdirilən düyü bir o qədər toksiki olur.
Məsələn, beynəlxalq rəqəmlərə görə hind düyüsünün 1 qramında 0,05 mkq mərgümüş, Avropa düyüsündə 0, 15 mkq, amerikan düyüsündə 0, 26 mkq mərgümüş olur. Təsəvvür edin, bizim istifadə etdiyimiz müxtəlif ölkələrin, hətta Çinin düyüsündə nə qədər mərgümüş var.
Medicina.az xəbər verir ki, insan orqanizmi üçün zəhərli təsir göstərən mərgümüş sinir sistemini dağıdır, insanın beynini toksinləşdirir, qaraciyəri sıradan çıxarır, şiş yaradır. Düyüdəki mərgümüşü neytrallaşdırmağın yeganə yolu onu düzgün bişirməkdir.
Maraqlısı odur ki, düyünün düzgün bişirilməsinə məhz çinlilər və yaponlar əməl edir. Hansı ki, Avropa və Amerika bunu bilmir. Qaydaya baxanda görürürük ki, Azərbaycanda da qədimdə nənələrimiz düzgün bişirirdilər. Amma indi müasir qadınlar asan yolu seçib, rus, türk üsulu düyü süzürlər.
Düyüdəki mərgümüşü təmizləmək üçün düzgün yol: düyünü yuyub, üzərinə bol su alıb, gecədən islağa qoymaqdır.
İngiltərənin Kral Universitetinin professoru Endi Miyerq düyünün düzgün bişirilməsini belə izah edib:
-Lazım olan qədər düyü götürüb, onun 3misli qədər təmiz su alınır. Yəni 1 kq düyüdürsə, 3 litr su tökürsüz.
-Düyü suda gecədən səhərə kimi, azı 10 saat qalır
-Daha sonra o su atılır. Düyü bir neçə dəfə, suyu təmiz çıxana kimi yuyulur.
-Daha sonra düyü qurudulur.
-Qazana 5/1 nisbətində su alınır, duz əlavə olunur və qarışdırılır.
-Qaynara düşən kimi, qapağı bərk örtülüb, zəif odda 10 dəqiqə bişirilir.
-Çəngəllə və ya taxta qaşıqla düyünün içində buxarının çıxması üçün dəliklər açın.