İnsan həyatında 3 yaş dönəmi var ki, ciddi xəstəliklərin yaranma riski artır və sağlamlıqda çöküş baş verir.
“Medicina” xəbər verir ki, Rusiyanın səhiyyə naziri Mixail Muraşko bu 3 yaşı açıqlayıb.
Onun sözlərinə görə, bu 40-45, 60-65 yaş arası və 78-81 yaşdır.
“40-45 yaş arası ilk krisiz dövrüdür. Xüsusən kişilərdə ürək-damar patologiyaları kəskin artır. Zərərli qidalanma, qeyri-sağlam həyat tərzi bu yaşda qaraciyərdə də ciddi dəyişikliklər yaradır. Bu yaşda siqaret, içkini azaltmaq lazımdır.
60-65 yaş arası – bu yaşda artıq real patoloji fəsadlar başlayır. infarkt və insult riski 60% artır. Çünki bu yaşda zədəli hüceyrələr artır. İmmun sistem zəifləyir, onkoloji dəyişimlər və diabet məhz bu yaşda başlayır.
Triggerlərdən biri oturaq həyat tərzi, piylənmədir.
79-80 yaşda – intensiv olaraq beyin qocalması, sümük zəifləməsi, əzələ kütləsinin əriməsi və sarkopeniya riski artır. Demensiya, alsheymer, insult, infarkt riski 80% artır. Bu yaşda müntəzəm olaraq müayinələrdən keçmək, həkim nəzarətində olmaq lazımdır”.
Aygün Musayeva