Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sağlamlığa tam nəzarət edən qolbaq - Şəkəri də ölçür

  • 2024.10.23 15:14
  • 187 Baxış
Sağlamlığa tam nəzarət edən qolbaq  - Şəkəri də ölçür

Rusiyalı neyrofizioloqlar çoxfunksiyalı innovativ tibbi qolbaq hazırlayıb.


“Medicina” xəbər verir ki, onun kliniki sınaqları hələ 2021-ci ildə əla nəticələr verib.


Belə ki, bilərzik covid testini hələ simptomlar yaranmazdan 1 sutka əvvəl düzgün verib.


Neytotreker insanın sağlamlıq vəziyyətini sakit və aktiv halda izləyə bilir, ürək ritmi, təzyiq, hərarət, tənəffüs, saturasiya, qanda şəkər, sinir sisteminin reaksiyası, nəbz, oksigen səviyyəsi, ürəyin EKQ-si, eləcə də viruslarla yüklənməni qeydə alır.


Qolbaq idmançılar, hamilələr, yaşlılar, xüsusi xəstə qrupları üçün faydalıdır.
Digər analoqlardan fərqli olaraq, dəqiqdir və sinir sisteminə bağlı aktivliyi də ölçür. Yəni insanın çox əsəbləşdiyini göstərə bilir.


Aygün Musayeva