Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sağlam yuxuya getməyin 5 QIZIL QAYDASI

  • 2019.08.12 17:02
  • 11207 Baxış
Sağlam yuxuya getməyin  5 QIZIL QAYDASI

Həyatımızın təxminən üçdə birini yataraq keçiririk. Dolayısı ilə də qeyri-sağlam yuxu norması özü ilə birgə yorğunluq, stress, bədbəxlik, iş əmsalının aşağı düşməsi kimi problemlər gətirir. Bəs sağlam yuxu yatmaq üçün nə etməliyik medicina.az maraqlı məlumatları təqdim edir.

 
•    Bədəniniz üçün düzgün yataq seçin •    Yatdığınız mühit qaranlıq olsun •    Yanınızda gecə lampası olmasın
•    Axşam 19:00-dan sonra çay və qəhvə istehlakını dayandırın

 

Yetişkinlər gün ərzində 6-8, uşaqlar isə 10 saat yatmalıdır.

 

Həyatımızn vacib qismini yataraq keçirirk. Bunun üçün də yuxu olduqca vacibdir. Bəs bu qədər vacib olan yuxu nədir? Əslinə elmi olaraq yuxunu izah etmək elə də asan deyil. 1950-ci ilə qədər birçox insan yuxunu gündəlik həyatımıza təsirsiz olduğunu zənn edirdi. Lakin bu mif daha sonra dəyişdi. Yuxunun beynə təsirləri haqqında informasiyalar əldə edildi. Zaman keçdikcə yuxunun fiziki və zehni sağlamlığımıza təsirləri barədə əminlik yarandı. Buna görə sağlam yuxu müddəti bütün həyatımıza təsir edən vacib bir prosesdir.

 

  Keyfiyyətli yuxu üçün nizam şərt

 

 Araşdırmalara görə, qeyri-sağlam yuxu iş həyatında yorğunluq, stres, bədbəxtlik və uğursuzluq gətirir. Keyfiyyətli bir yuxu prosesinə yiyələnən bir insanın daha yaxşı, xoşbəxt və enerjili olduğu məlum olub. Yatdığınız otaqda az da olsa işıq varsa bu sizin rahat yuxuya getməyinizə mane olacaq. Çalışın tamamilə qaranlıqda yatasınız. Yatmazdan əvvəl isti duş qəbul etmək, kitab oxumaq, yüngül zehni və fiziki məşqlər rahat yuxuya dalmağınıza kömək edəcək. Yataq otağınızda televizor, telefon və yaxud digər səs salan obyektlər olmamalıdır. Normal yuxu yatmayan insanlarda daimi gərginlik olur. Həmçinin stress, bədbinlik, iş əmsalının getdikcə aşağı düşməsi halları biruzə verir. Keyfiyyətli yuxu hər zaman yaxşı təsir bağışlayır. Yatmazdan əvvəl kofein və nikotin tərkibli ünsürlərdən uzaq durun. Bunlarla yanaşı yataq seçimi də önəmlidir. Düzgün seçilməyən yataqda yatsanız müəyyən vaxt sonra belinizdə ağrılar müşahidə edəcəksiniz. Ona görə də yatağınızın rahatlığı önəmlidir.

 

Yaxşı yatağın xüsusiyyətləri:

 

1.Yatağınız bədəninzin kütlə indeksinə uyğun olmalıdır.
2.Onurğanın təbii əyriliyinə uyğun formada, sərtlikdə olamlıdır. 3.Baş, çiyin, bel, omba kimi bədənin nahiyələrinə ifrat güc düşməsin 4.Yatağınız yayda sərin, qışda isti olsun 5.Davamlı və keyfiyyətli olsun
6.Yatağınız boyunuzdan 10sm uzun olsun

 

Ayna Məmmədova Medicina.az

Sağlam yuxuya getməyin  5 QIZIL QAYDASI
Sağlam yuxuya getməyin  5 QIZIL QAYDASI