Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sağlam və cavan olmaq istəyənlərin NƏZƏRİNƏ

  • 2019.11.09 11:00
  • 4834 Baxış
Sağlam və cavan olmaq istəyənlərin  NƏZƏRİNƏ


Müxtəlif ölkələrdə aparılmış araşdırmalar qısamüddətli
aclığın insan sağlamlığı üçün çox faydalı olduğunu göstərib.



Medicina.az xəbər verir ki, ağlimlərin fikrinə görə,
aclıq zamanı orqanizm xəstə, köhnə toxumalardan və hüceyrələrdən (o cümlədən,
hər gün əmələ gələn xərçəng hüceyrələrindən), toksinlərdən, şlaklardan və s.
ziyanlı maddələrdən təmizlənir və bu da orqanizmin sağalmasına və
cavanlaşmasına kömək edir.


 



Alimlər sübut ediblər ki, müntəzəm
olaraq həftədə 1 dəfə 24 saat ərzində ac qalmaq ürək-damar sistemi, xərçəng,
mübadilə və s. xəstəliklərinin riskini azaldır, stres və depressiya ilə
mübarizədə kömək edir. Aclıq zamanı kifayət qədər su içmək, yüngül işlə məşğul
olmaq, ən azı 1 saat ərzində açıq havada gəzmək lazımdır.


 



Hal hazırda müalicəvi aclıq hətta bəzi
xəstəliklərin (piylənmə, ateroskleroz, hipertoniya, allergiyalar və s.)
müalicəsində istifadə olunur. Müalicəvi aclıq həkim tərəfindən tətbiq
olunmalıdır.



Bak İnstitutu (ABŞ) alimlərinin yeni
araşdırması sübut edib ki, aclıq zamanı beyin dincəlir və bu da onun
fəaliyyətinə çox müsbət təsir edir. Araşdırmanın nəticələri epilepsiya və digər sinir sistemi xəstəliklərinin
müalicəsində istifadə oluna bilər.