Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır.
Medicina.az üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:
1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin
Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur. Uzun müddət havada vaxt keçirirsinizsə, çantanıza krem atmağı unutmayın. Çünki evdən çıxmazdan 15-30 dəqiqə əvvəl sürtməli olduğunuz kremi bir neçə saatda yeniləməlisiniz.
2 - Yağlı qulluq məhsullarından uzaq durun
Yaz istisinə və nəminə məruz qalan dəri daha yüngül qulluq məhsulları tələb edir.
3 – Günəşdən qorunarkən nəmləndirin
Hava isti və nəmli olsa da üzünüzü nəmləndirməlisiniz. Həm günəşdən qoruyan, həm də nəmləndirici olan məhsullar yay ayları üçün idealdır.
Bir neçə saatda tətbiq edilən, 30 və daha yüksək SPF-li məhsullardan alın.
4 – İncə çizgilər üçün C vitamini serumu
Dərini təmizləmək və nəmləndirməklə yanaşı bir neçə damcı C vitamini də əlavə edə bilərsiniz.
5 - Daha çox pilinq edin:
Dərinizə tətbiq etdiyiniz pilinqlər ölü dərilərdən qurtulmaq və dərini qorumaq üçün çox faydalıdır. Bunu daha tez-tez təkrarlaya bilərsiniz.
6 - Tez-tez yuyunmaq dərini quruda bilər
Çox duş almaq yay aylarında nəmə ehtiyac duyan dərini quruda bilər. Bunun üçün duşda daha az müddət qalmalısınız.
7 - Məsamələri tıxamayan məhsulları seçin.
Yay aylarında məsamələri tıxamayan makiyaj məhsulları seçməlisiniz. Ümumiyyətlə, yay aylarında ağır makiyajlar tövsiyə edilmir.
8 – Kölgədə qalın
Bədəninizi birbaşa günəşə maəruz buraxmaqdan qaçın. Plajda böyük bir çətir və papaqdan istifadə edin.