Sağlam ovlad sahibi olmaq istəyən ailələr elə bilir ki, hamiləlik və uğurlu gedişat, uşağın sağlamlığı anadan asılıdır. Amma unudurlar ki, atanın da sağlam və ya zəif dölün formalaşmasına təsiri çoxdur.
Medicina.az ata olmağa, evlənməyə hazırlaşan, sağlam övlad arzulayan kişilərə bu mövzuda hər zaman gərəkli olan 7 qaydanı təqdim edir. Kişilər bu vacib mərhələyə necə hazırlaşmalıdır.
1.Cinsi infeksiya və viruslara qarşı analizlər verin
Bu analizlər hələ oğlan evlənməzdən 3 ay əvvəl verməli, əgər cinsi yolla keçən infeksiyası varsa, müalicə olunmalıdır. Bu infeksiyalar xronikləşsə, atalıq qapılarını əbədi üzünüzə bağlaya bilər, üstəlik qadını da problemli xəstəliklərlə üz-üzə qoyarsız.
Məsələn, xlamidioz kişinin övlad şansını 3 dəfə azaldır, qonoreya isə xayaların infarktına, toxum kisəsinin zədələnməsinə səbəb olar.
Ona görə evlənməzdən öncə, sonra, istənilən sonsuzluq problemində kişilər uroloq-androloq müayinəsindən tez-tez keçib, bütün bu infeksiyalardan vaxtında azad olmalıdırlar.
2.Spermatozoidləri soyuqda saxla
Bədən temperaturunun 38-dərəcədən yuxarı olması, ümumiyyətlə istilik spermanın keyfiyyətini aşağı salır. Yəni qrip, zökəm olan, hər hansı xəstəlikdən tez-tez qızdırması olan kişinin həmin bir neçə həftədə spermaları zəifləyir. Bunun üçün orqanizm özünə gəlməlidir.
Qışda sauna, isti hamam, isti döşək, avtomobildə qızdırılmış oturacaq, yayda isə dar, sintetik parçadan alt paltarı, xayaları sıxan, isti tutan, hava keçirməyən geyimlər spermanın keyfiyyətini itirir. Ümumiyyətlə xayalar sərini sevir. Ona görə gen və sərin tutan alt paltarı seçin və cinsi orqan hissəsini çox da istiləndirməyin.
3.Arıqlayın
Qadınlara hamiləlikdən öncə çəkini normallaşdırmağı məsləhət görürlər. Eləcə də kişilər aşırı piyli və kökdürsə, o zaman pəhriz, idmanla ata olmağa hazırlaşmalı, arıqlamalıdır. Kişinin çəkisi normasında olanda, xayaları və sperması daha uzun müddət, qocalana kimi fəaliyyətdə olur. İş ondadır ki, kişi orqanizmində piy çox olduqda, qadın cinsi hormonu olan estrogen çoxalır, bu da kişinin bədən formasını qadınlaşdırır. Eləcə də kişi cinsi güc hormonu testosteronu azaldır.
Alimlər sübut edib ki, spermada olan genetik yaddaş və irsi baza kişinin çəkisindən çox aslıdır. Arıq, sağlam kişilərlə kök kişilərin DNK-sı, genetim kodu müxtəlifdir.
4.Vitamin ehtiyatını artır
Kişinin potensiyası, döllənməyə yararlı sperminin olması onun qidalanmasının keyfiyyətindən, vitamin-mineral balansından asılıdır. Qadın necə hamiləliyə hazırlaşıb bütün hamiləlik dövrü vitaminlər içirsə, kişi də evləndikdən sonra və ata olmağa hazırlaşanda həkim nəzarəti ilə müəyyən analizlərdən sonra vitamin, mineral qəbul etməlidir. Xüsusən sink, B qrup vitamini, D vitamini, kalsium, fol turşusu, selen, E, A vitamini çox vacibdir. Bunlar spermatozoidlərin anomal dəyişikliyinin qarşısını alacaq, daha sağllam döllənməyə səbəb olacaq.
Kişilər qırmızı ət məhsullarını, kolbasa, sosis, heyvan yağlarını azaltmalı, un, şəkəri minimuma endirməli, balıq, toxumlar, bitki yağları, qoz, fındıq, paxlalılar, meyvə-tərəvəz yeməlidirlər.
5.Zərərli vərdişlərdən azad olmalı
Gələcək ata nikotinli, alkoqollu, toksinli övlad istəmir çox güman ki. İçki cinsi hüceyrələrin strukturunu dağıdır, nəticədə mayalanma xəstə, əlil spermadan olur. Bu da körpədə qorxulu mutasiyalar yaradır. Məsələn Daun sindromu.
Siqaret, nikotin isə spermaların hərəkətliliyini azaldır.
Kişilər əsəblərini sakitləşdirməli, nevroloji statusu düzəltməli, stress, təşviş, qorxudan uzaq olmalı, sevimli hobbi, idman növləri ilə məşğul olmalı, yoldaşı ilə gəzintiyə, istirahətə bol bol vaxt sərf etməlidir.