Yay pəhrizləri adətən qida məhdudiyyətləri tələb edir. Bu cür pəhrizlər qısa müddətdə "yay bədəni"nə nail olmaq məqsədi daşıyır.
Medicina.az xəbər verir ki, dietoloq Berna Ertuğ formaya düşmək üçün dieta saxlamaq əvəzinə daha effektiv sağlam qidalanma üsulları olduğundan bəhs edib.
O bildirib ki, “4 yarpaqlı yonca” üsulu son zamanlar daha populyardır.
“Arıqlayarkən doğru qida qruplarını uyğun miqdarda istehlak etmək vacibdir. Sağlam qalmaq üçün bu qaydaya mütləq riayət edilməlidir. “4 yarpaqlı yonca”dakı hər “yarpaq” 1 qida qrupunu əhatə edir”, - dieteloq deyib.
Onun sözlərinə görə bu qruplar aşağıdakılardır:
1. Süd və süd məhsulları qrupu (süd, qatıq, ayran, kefir),
2. Zülal qrupu (yumurta, ət çeşidləri, pendirlər, paxlalılar)
3. Dənli bitkilər qrupu (tam buğda unundan çörək, tam taxıldan hazırlanan makaron, qəhvəyi düyü və s.),
4. Meyvə-tərəvəz qrupu (hər cür mövsümi meyvə)
Berna Ertuğ qeyd edib ki, dietoloq ən uyğun pəhriz proqramını hazırlayarkən, hər qrupdan alınacaq miqdarları da müəyyən edir.
Dietoloq sağlam arıqlamaq üçün istənilən pəhriz və sağlam qidalanma tərzinə riayət edərkən aşağıdakı nüanslara diqqət yetirməyi tövsiyə edib:
* Maddələr mübadilənizin sürətini ölçdürün.
* Ac qalmayın.
* Sağlam qidalanmanı idmanla dəstəkləyin.
Aysel