Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sağlamlıq üçün orqanizmi təmizləmək şərtdir – Məşhur həkim detoks üsullarını açıqladı

  • 2024.05.20 13:21
  • 1279 Baxış
Sağlamlıq üçün orqanizmi təmizləmək şərtdir –  Məşhur həkim detoks üsullarını açıqladı
Bədənimiz hər gün bir çox zəhərli maddələrlə yüklənir. Qida əlavələri, pestisidlər, çirkli hava, radiasiya, kosmetika və s. səbəbiylə orqanizm hər gün toksinlərə məruz qalır.

Daxili xəstəliklər üzrə mütəxəssis Prof. Dr. Osman Erk sağlam olmaq üçün detoksun şərt olduğunu açıqlayıb. O, təbii detoks üsullarını izah edib.

Medicina.az həkimin tövsiyələrini təqdim edir:

“Detoks toksinləri bədəndən çıxaran prosesdir. Bu prosesdə qaraciyər, böyrəklər, limfa, mədə-bağırsaq sistemi, dəri və ağciyərlər fəal rol oynayır.

Detoks prosesi zamanı qaraciyərə və orqanizmə ən çox kömək edən maddələr A, B, C, E vitaminləri, karotenoidlər, koenzim Q10, sink, selen, mis, manqan, glutatyon, N-asetil sistein və alfa kimi birləşmələrdir.

Bədəni toksinlərdən təmizləməyin yollarını aşağıdakı kimi sıralamaq olar:

1. Qaraciyər öz fermentləri vasitəsilə toksinləri oksidləşdirir və nəticədə sərbəst radikallar adlanan təhlükəli oksidləşdirici birləşmələr ayrılır. Bu sərbəst kökləri aradan qaldırmaq üçün antioksidant qidalar lazımdır. Detoks zamanı antioksidant tərkibli qidalara olan ehtiyac çeşidli, rəngli, təbii qidalara (tərəvəzlər, meyvələr, göyərti, ədviyyatlar) üstünlük verməklə təmin olunmalıdır.

2. Tərəvəz və meyvələr lif, probiotik və prebiotiklərlə zəngin qidalar olduğu üçün bağırsaqlar vasitəsilə toksinlərin atılmasına kömək edir.

3. Bəzi günlər oruc tutmaq və ya saat 18.00-dan sonra heç bir şey yeməmək orqanizmə dincəlmək və toksinlərdən xilas olmaq üçün imkan verir. Bu, çox təsirli üsullardandır.

4. İldə üç və ya dörd dəfə qan vermək bədəndən toksinlərin çıxarılmasına kömək edir.

5. Daimi fiziki fəaliyyətlə tərləyərək və limfa kanallarını aktivləşdirərək toksinlərdən xilas ola bilərsiniz.

6. Suda və yağda həll olunan toksinlər saunada açılan tər və yağ bezləri vasitəsilə bədəndən xaric edilir. Bu yolla dioksin və PCB kimi sənaye toksinlərindən, xüsusilə yağda həll olan civə kimi ağır metallardan xilas olmaq mümkündür.

7. Gün ərzində bol su içmək bədənin təbii şəkildə təmizlənməsinə kömək edir”.

Həkim onu da qeyd edib ki, detoksifikasiya xüsusiyyətləri olduğu iddia edilərək satılan bir çox bərk və maye məhsulların heç bir elmi əsası yoxdur.

“Detoks üçün möcüzəvi dərman və ya tək bir bitki yoxdur”, – deyə professor vurğulayıb.


Aysel