Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sağlam insanın ideal çəkisi neçə olmalıdır?

  • 2022.09.19 15:10
  • 4042 Baxış
Sağlam insanın ideal çəkisi neçə olmalıdır?

Həkimlər insanın çəkisini boya uyğun bədən kütlə indeksi ilə hesablayır.


"Medicina" xəbər verir ki, əgər bədən indeksi 18-25 arasındadırsa, deməli insan normal çəkidədir.


Həkim endokrinoloq Olqa Neçayeva bidirib ki, məhz bu indeks arasında olan insanların müxtəlif səbəblərdən erkən ölüm riski aşağıdır.
Əgər indeks 25-29 arası çıxıbsa, bu artıq çəkidir, əgər 30-u keçibsı, bu artıq sağlamlıq problemi - piylənmədir.

Ən təhlükəlisi 40-dan yuxarıdır. Bu zaman çox xəstələrə mədəkiçiltmə əməliyyatı təyin edilir.

Əgər bir insanın boyu 1.65, çəkisi 80-dirsə bu artıq I dərəcəli piylənmədir.

Həkim təyinatı ilə müalicə və pəhrizə başlanmalıdır.

Kütlə indeksi 27-dən yuxarı olanlar özləri arıqlamağa cəhd etməsinlər, bu artıq tibbi problemdir.

27-30 bədən indeksi olanlarda diabet, təzyiq, yumurtalıq polikistozu, damarların tutulması baş verir.

Aygün Musayeva