Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sağlam insan ildə 1 dəfə hansı analizləri verməlidir?

  • 2025.01.11 17:21
  • 364 Baxış
Sağlam insan ildə 1 dəfə hansı analizləri verməlidir?
İnsan hətta heç bir şikayəti olmasa da ildə 1 dəfə müəyyən müayinələrdən keçməlidir. Xaricdə bu müayinələrə skrininqlər deyilir. Eləcə də xüsusi endirimli çek-ap paketləri də var.




Tibdə müayinə paketi olan skrininq və ya dispanserizasiya – sağlam adamların 1-2-3 ildən bir keçərək, müxtəlif onkoloji risk və digər xəstəlikləri vaxtında aşkarlama üçün nəzərdə tutulub.

40 yaşa kimi hər kəs bu skrininqlərdən 3 ildən bir, 40 yaşdan sonra isə 2 ildən bir, 50 yaşdan sonra ildə bir dəfə aparılmalıdır.Söhbət konkret xəstələrdən getmir, burda söhbət özünü sağlam hiss edən, hesab edən və hələ ciddi xəstəliyi aşkarlanmayan şəxslərdən gedir. Yoxlanış və skrininqlərdən qorxmaq lazım deyil, onlar vaxtında şişi, kistiləri, daşı və ürək problemlərini aşkarlaya bilər.



Medicina.az xəbər verir ki, insan 1-2 ildən bir bu müayinələrdən keçməlidir.

- Xolesterin və lipid analizi – 25 yaşdan yuxarı kişilər, siqaret çəkənlər, təzyiqi yüksələnlər, nəsildə ürək-damar problem olanlar, artıq çəki və piylənmədən əziyyət çəkənlər ildə bir dəfə keçməlidir. Qadınlar 35 yaşdan sonra hər il keçməlidir.

- Arterial təzyiq yoxlanması və buna uyğun müayinə analizlər .

- Mammoqrafiya – 40 yaşdan başlayaraq 3 ildən bir. İldə 1 dəfə süd vəzilərinin USM müayinəsi. Artıq çəkisi olan, menstruasiyadan kəsilən, doğum və südverməsi olmayanlar, irsi olaraq nəsildə süd vəzi xərçəngi görünənlər, gecə növbəsində çalışanlar mütləq bu müayinələrdən keçməlidir.

- Uşaqlıq boynu xərçənginə qarşı PAP test – 21 yaşdan 65 yaşa kimi 3-4 ildən bir hər bir qadın. Cinsi münasibətdə olan və uşaq doğan hər bir qadın yaşından asılı olmayaraq bu müayinələrdən keçməlidir.


- Qastroskopiya və Kolonoskopiya – mədə- bağırsaqların yoxlanması. Kişi və qadınlar 55 yaşdan sonra 3-4 ildən bir keçməlidirlər. Yoğun bağırsaq xərçəngi 50 yaşdan sonra rast gəlinir. Xərçəng öncəsi mərhələ poliplərdir, onları da kolonoskopiya təyin edir. Əgər ailənizdə 50 yaşa kimi mədə-bağırsaq xərçəngi olan üzv olubsa, siz 10 il daha tez bu müayinələrdən keçməlidir.


- Ağciyərlərin komputer müayinəsi (KT) – 15 ildən artıq siqaret çəkənlər 40 yaşdan sonra 2-3 ildən bir keçməlidir.

- Qanda şəkər, insulin dirənci analizləri – təzyiqi 135-dən yuxarı çıxanlar, hamilələr, nəsildə, ailədə şəkərli diabet xəstələri olanlar, artıq çəkisi olanlar ildə bir dəfə bu analizləri verməlidirlər.

- QİÇS analizi – 15-65 yaş arası, xüsusən ötəri cinsi əlaqədə olanlar 2-3 ildən bir anonim olaraq mərkəzdə analiz verməlidir

- Hepatit C, B – ildə bir dəfə 25 yaşdan yuxarı hər kəs. Eləcə də stomatoloji müalicə alanlar, tatu, pirsinq etdirənlər,narkotik istifadəçiləri, seksual aktiv insanlar ildə bir dəfə analiz verməlidir


- Sümüklərin vəziyyəti – xüsusi aparat, eləcə də analizlərlə yaşı 60-dan yuxarı hər bir qadın 3 ildən bir keçməlidir


- PSA analizi – 45 yaşdan sonra 2 ildən bir bütün kişilər.

- Qarın boşluğu anevrizmasını təyin etmək üçün USM müayinə - 65-75 yaş arası siqaret çəkənlər. Arteriyalarda anevrizma qəfil partlayıb ölüm verə bilər.

Bu və digər analizlərdən keçmək üçün RESPUBLİKA DİAQNOSTİKA MƏRKƏZİNDƏ müasir və effektiv cihazlar, eləcə də dəqiq labotariyada keçə bilərsiz.

Ətraflı məlumat üçün:
913
994 50 229 81 90

MEDİCİNA.AZ