Hər normal insan heç olmasa ömründə 1 dəfə genetic həkimə getməlidir. Və bunu evlənməzdən öncə və 40 yaşına kimi etsə daha yaxşıdır.
“Medicina” xəbər verir ki, həkim genetic Yelizaveta Musatova genetic həkimə getmək üçün əsas səbəbləri açıqlayıb.
“Cəmiyyətdə çoxdan kök salmış fikir var ki, genetik analiz ancaq irsi genetik xəstəliyi olanlara, hamilələrə və uşaqlara lazımdır. Əslində isə genetic analiz cütlüklərə, yeni evlənənlərə, eləcə də uşaq planlayanlarda, həmçinin ailəsində irsi xərçəng, ürək xəstəliyi olanlara vacibdir.
Hər birimiz ən azı 3 gizli mutasiya daşıyıcısıyıq.
Həyatınız boyu bu mutasiyalar sağlamlığa təsir etməyə bilər, DNT-də yatmış formada qalır, amma sonradan gələcək nəsildə aktivləşə bilər.
Əgər ər-arvadın, ata-ananın hər ikisinin DNT-də eyni mutasiya geni varsa, bu xəstə və qüsurlu uşaqların doğulması riskini artırır.
Öncədən bunu görmək mümkün deyil, amma hamiləliyə qədər reqressiv mutasiyalar üzrə genetic skrininqlə bu riski minimuma endirmək, ən azı həkimə əsas vermək olar.
Belə cütlüklərdə süni mayalanma ilə sağlam embrion hazırlamaq mümkündür.
Genetik testləri özbaşına vermək olmaz, mütləq genetic həkim təyin etməlidir.
Eləcə də nəslində, birinci dərəcəli ailə üzvlərində istər kişi, istər qadınlarda xərçəng varsa, irsi xərçəng formaları üzrə genlərin analizi aparıla bilər. Bu zaman insan yaş artdıqca hansı riski daşıdığını bilir və o orqanları hər il müayinə etdirir.
Aygün Musayeva