Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şagirdlərə bir yerə toplaşmağa icazə verilməyəcək

  • 2021.09.16 14:32
  • 969 Baxış
Şagirdlərə bir yerə toplaşmağa icazə verilməyəcək

Məktəblərdə tənəffüs zamanı şagirdlərin bir yerə toplanmasına icazə verilməyəcək.

Medicina.az Report-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin əməkdaşı Elçin Kərimov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə deyib.

O bildirib ki, bununla bağlı yeni təlimatlar hazırlanır və yaxın günlərdə ictimaiyyətə təqdim olunması planlaşdırılır:

"Şagird sıxlığı müşahidə olunan məktəblərdə mövcud problemlərin aradan qaldırılması ilə bağlı təhlillər aparılır. Nəzərdə tutulur ki, şagird sayı çox olan sinifləri daha böyük ölçülü siniflərə keçirilsin. Bir partada bir yox, iki uşağın da oturması məsələsi var".