Türkiyədə şagirdlər arasında kütləvi zəhərlənmə olub.
Bakupost.az xəbər verir ki, Giresunun Keşap rayonundakı Elm Liseyinin pansionunda qalan 19 şagird səhər saatlarında qarın ağrısı və ishal şikayətləri ilə şəhərdəki xəstəxanalara aparılıb.
Qida zəhərlənməsi şübhəsi ilə müalicə alan tələbələr müdaxilədən sonra evə buraxılıblar.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Elnur