Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şagirdin qızdırması qalxdı, məktəbdə keçindi

  • 2018.02.13 13:03
  • 12326 Baxış
Şagirdin qızdırması qalxdı, məktəbdə keçindi
Abşeron rayonu, Xırdalan şəhər 6 №-li tam orta məktəbdə ölüm hadisəsi baş verib.


Medicina.az-ın BakuPost-a istinadən məlumatına görə, dünən 2-ci sinif şagirdi İsayeva Ləman dərsdə olarkən, özünü pis hiss edib. O sinif rəhbərinə müraciət edərək, halının yaxşı olmadığını deyib. Məlum olub ki, şagirdin qızdırması qalxıb. Məktəbdən dərhal L. İsayevanın valideynlərinə xəbər verilib. Lakin valideynləri  çatana kimi uşaq keçinib.


Məsələ ilə bağlı BakuPost-a açıqlama verən 6 №-li tam orta məktəbin direktor müavini Vəfa Məhərrəmova şagirdin öldüyünü təsdiqləyib, lakin hadisənin məktəbdə baş vermədiyini deyib: "Ləman İsayeva 2 gün idi ki, dərsə gəlmirdi. O, anadangəlmə xəstə uşaq idi. Ürək qüsuru var idi. Məktəbdə qızdırması isə doğru xəbər deyil. Onun 2 gün ərzində dərsdə olmadığı jurnalda da qeyd edilib”.